Azərbaycan Respublikası və Ermənistan Prezidentlərinin arasında əyləncəli görüşlərin təfərrüatının bir qədər yayılması nəticəsində rəsmi Bakının bəzi xəbər qaynaqları ...
/Aran Agentliyi
Azərbaycan Respublikası və Ermənistan Prezidentlərinin arasında əyləncəli görüşlərin təfərrüatının bir qədər yayılması nəticəsində rəsmi Bakının bəzi xəbər qaynaqları bu görüşlərin dayandırılmasından xəbər veriblər.
Prezident Aparatından sızdırılmış bəzi məlumatları yayan Yeni Musavat qəzeti öz mənbələrinə istinadla xəbər verib ki, rəsmi Bakı indiki şərtlərdə prezidentlər səviyyəsində Dağlıq Qarabağ münaqişəsinə dair aparılan danışıqları davam etdirməyin mənasız olduğu qənaətinə gəlib.
Mənbənin bildirdiyinə görə, rəsmi Bakı belə düşünməyə başlayıb ki, Rusiyanın nəticəsiz qalan son üç-dörd ildəki vasitəçilik missiyasından sonra Ermənistanın mövqeyində münaqişənin həllinə ümid yarada biləcək hansısa dəyişiklik hiss edilmir. Azərbaycan tərəfi bu qənaətdədir ki, xarici işlər nazirləri formatını açıq saxlamaqla yanaşı Ermənistanın mövqeyində konstruktivlik müşahidə edilməyənədək prezidentlər səviyyəsində danışıqlara təşəbbüs göstərilməsin.
Mənbə əlavə edib : “Digər tərəfdən, vasitəçi ölkələr özləri də Azərbaycan və Ermənistan arasında prezidentlər formatında danışıqlara dair təşəbbüs göstərmirlər və dolayısı yolla tərəflərə mesaj verilir ki, belə görüş İrəvan və Bakının müraciəti əsasında təşkil oluna bilərdi!!”
Azərbaycan Respublikası və Ermənistan prezidentləri arasında sonuncu danışıqlar bu ilin yanvarında Soçidə səlahiyyətləri başa çatmaqda olan o vaxtkı Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə keçirilmişdi.
Əslində bu görüş də formal xarakter daşımırdı və daha çox qeyri rəsmi və əyləncəli proqramlarla yadda qalmışdır.
SəhərTV