Tarix : 2012 Aug 05
Kod 32040

Avroviziya yarışmasının təşkilində Azərbaycan Respublikası hökumətinin rüsvayçılığı

/Aran Agentliyi

Vəli Cabbari / Şiəşünaslıq üzrə magistr

 

          Xülasə

          Avroviziya yarışması Azərbaycan Respublikası hökumətinin rüsvayçılığında dönüş nöqtəsi sayılır. Bu ölkənin iqtidarı bir il öncədən qərara gəlmişdi ki, bu yarışı təşkil etməklə dünyanın, xüsusən də Qərb dünyasının ictimai və mədəni arenasında şöhrət qazansın, həmçinin bir şiə ölkəsində çılpaqlıq mədəniyyətini icra edib, homoseksualizmin qəbahətini sındırsın, Şərq dəyərləri ilə Qərb dəyərləri, islamçılıqla sekulyarizm arasındakı ziddiyyəti qabartsın.Hakimiyyət ən əxlaqsız proqramı - yəni gey-paradı keçirmək üçün çoxlu pullar xərclədi, çox radikallıqlar göstərdi, dindarlar əleyhinə şiddətli və qorxulu şərait yaratdı, lakin baş verən gözlədiklərinin əksinə oldu, dünya miqyasında, xüsusən də regionda hökumət əleyhinə media hücumu gücləndi, hökumət xalq müqaviməti və beynəlxalq etirazlarla üz-üzə qaldı, din alimləri və təqlid müctəhidləri ona sərt təpki göstərdilər. Gey-parad baş tutmadı, yarışlar da vəsfəgəlməz soyuqluqla keçirildi; belə ki, yarışlarda nəzərdə tutulan turistlərin yalnız 4 faizi iştirak etdi. Yarışların keçirilməsindən 3 ay öncədən tədbirin sonuna qədər ölkədə polis şəraiti hakim oldu; islamçılardan və hökumət müxaliflərindən onlarla insan həbs olundu, hökumət rəsmilərinin oğurluqları aşkarlandı və xalq nifrəti çoxaldı. Hökumət region ölkələri və müsəlmanlar tərəfindən güclü təzyiqə məruz qaldı. Beynəlxalq İnsan Haqları və Amnistiya Təşkilatı bu yarışların final günündə Azərbaycan Respublikasını xalqın hüququnu tapdamaqda ittiham etdi, sıfır qiyməti verməklə bu ölkədə insan hüquqlarının vəziyyətini acınacaqlı elan etdi.

Açar sözlər:islamçılar, xalq etirazları, avroviziya, gey-parad.


 

 

Hadisənin təhlili

Ötən il Almaniyada keçirilən Avroviziya yarışında Azərbaycan Respublikası müğənnilərini birinci etməyə dair Qərbin layihə və ssenarisindən və bu ölkənin 2012-ci il yarışması üçün ev sahibi elan olunmasından sonra - yəni bir il öncədən Azərbaycan Resbublikasının hakimiyyəti qərara gəlmişdi ki, bu yarışı təşkil etməklə dünyanın, xüsusən də Qərb dünyasının ictimai və mədəni arenasında şöhrət qazansın. Bəzi siyasi müşahidəçilər Avroviziya yarışmasında qalib müğənnilərin seçim üsuluna əsasən düşünürlər ki, Bakının bu yarışmada qələbəsi sionist və erməni lobbisinin müştərək layihəsi olmuşdur. Bu işdə məqsəd bir tərəfdən cinsi özbaşınalığı gücləndirmək və İslam dəyərlərini zəiflətmək, digər tərəfdən isə Qarabağ muharibəsinin yenidən başlanması ehtimalını azaltmaq olmuşdur.

Sionizmin tərəfdarları və bəzi Qərb ölkələri homoseksualizmin qəbahətlərini və antidəyər olmasını bu ölkədə məqbul normaya çevirmək istəyirdilər. Onlar bu yarışların ayrılmaz hissəsi olan gey-paradı bu məqsədlə bu ölkədə keçirmək istəyirdilər. Bundan ötrü çoxlu işlər görüldü, çoxlu büdcə ayrıldı, Azərbaycan Respublikasının prezidenti tərəfindən dörd nazir və üç prezident müavini bu yarışları yaxşı keçirməyə təyin olundular.

 

İslamçılara qarşı təzyiq

Bir çox ekspertlərə görə onlarla islamçı rəhbərin həbs olunması da bu yarışları qorxusuz keçirmək istiqamətində həyata keçdi. Belə ki, ötən bir il ərzində dindar və islamçı insanlardan təxminən yüzə yaxını həbs olundu. Avroviziya və gey-paradı tənqid məqsədi ilə açılan hər bir ağız yerindəcə bağladılırdı. Bu ölkənin din alimi olan cənab Doktor Füzuli Şəfiyev bir məqalədə yazmışdı: “İbn Sinaya görə geylər (homoseksuallar) xəstə insanlardırlar. Onları dərmanla müalicə etmək olmaz. Onları döymək lazımdır ki, yaxşılaşsınlar”. Bu məqaləni yazandan bir saat ötməmişdi ki, o həbs olundu (www.birlik.az). Şəhər ruhanisi Hacı Səxavət və başqa bir ruhani Hacı İlqar camaat namazını qıldıqdan sonra söhbət etmiş, Avroviziya və gey-paradı tənqid etmişdilər. Onlar dərhal hökumət tərəfindən tutulub uzun müddət həbsə məhkum olundular.

Bu yarışların keçirilməsinə qədərki 18 ay boyunca bu yarışların əleyhinə çıxan insanlardan və dindarlardan minlərlə nəfəri istintaqa, təhdidə, sürgünə, iqtisadi və siyasi təzyiqə, işdən qovulmaya və digər təzyiqlərə məruz qaldılar. Dindarlara qarşı təzyiq və tədbir beş mərhələdə həyata keçdi. Birinci mərhələdə (2011-ci ilin yanvar ayının ilk on günündə) İslam partiyasının rəhbərləri və ölkənin yüksək rütbəli ruhaniləri həbs olundular; onların başında İslam partiyasının sədri Mövsum Səmədov dururdu. İkinci mərhələdə (2011-ci ilin may ayının ilk on günündə) mitinq təşkilatçıları və hicab müdafiəçiləri təzyiqə məruz qaldılar. Ölkə dindarlarından onlarla insan həbs olundu. Üçüncü mərhələdə (2011-ci ilin iyul ayının ilk on günündə) İslam partiyasının təşkilatı məsələlər üzrə müavini məşhur ruhani Hacı Abgül Suleymanov və digər bir neçə dindarla birgə həbs olundu. Dördüncü mərhələdə Cəfəri heyətinin məsul şəxsləri, fəalları və üzvləri təzyiqə məruz qaldılar və onun təxminən bütün rəhbərləri həbs olundular. Beşinci mərhələdə (may ayında) və Avroviziya yarışmasının keçirilməsinə yaxın günlərdə gey-parad əleyhinə hər növ müxaliflik təzyiqə məruz qaldı; onlarla insan, dindarlar və bir neçə ruhani həbs olundular. Hökumət hər bir bəhanə ilə dindarları həbs edirdi. Belə ki, Nardaran əhalisindən bir gündə iyirmi iki nəfəri həbs etdi ki, bu tarixi kənddə İslamofobiyaya və əxlaqsızlığa qarşı mübarizələrə qarşı tədbir istiqamətində xüsusi tərzdə qorxulu və şiddətli şərait yaratsın, hər bir dini və milli hərəkəti vursun.

 

Avroviziya və sionizm rejiminin rolu

Avroviziya yarışmasının müğənnisi və qalibi Eldar Qasımov 2007-ci ildən indiyədək ardıcıl olaraq sionizm rejiminin Bakıdakı mədəniyyət mərkəzinə get-gəl edir və ivrit dilində sionizm rejiminin siyasi nəğmələrini məşq edir. O, ivrit dilində hamısı sionizm rejiminin qanunsuz varlığını müdafiə istiqamətində olan müxtəlif nəğmələr oxumuşdur. Eldar Qasımovun ivritcə oxuduğu ilk nəğmə sionizm rejiminin Misirlə müharibəsində öldürülənlərin xatirəsinə həsr olunmuş Şirle Şalon mahnısı idi. Bu nəğmə bir ifratçı sionist şair tərəfindən müsəlmanlara nifrət məzmununda yazılmışdır.

Sionizm rejiminin Bakıdakı mədəniyyət mərkəzinin sabiq rəhbəri olan Rima Barkan İsrailin Eldar Qasımovu unutmayacağını təkidlə söyləmişdir. Eldar Qasımov 9 fevral 2010-cu il tarixdə sionizm rejiminin Xarici İşlər Naziri Aviqdor Libermanın Bakıya səfəri zamanı ivritcə Mil Xamt Xaxataşa mahnısını oxumuşdur. Bu mahnı da sözügedən rejimin ərəblərlə müharibəsi zamanı yazılmışdır. Mil Xamt Xaxataşa mahnısı sionizm rejiminin bəzi başçıları, o cümlədən 4 noyabr 1995-ci ildə İshaq Rabin və Şimon Peres tərəfindən Tel-Avivdə oxunmuşdur.

Bu elə bir şəraitdə baş verir ki, sionizm rejiminin Kommunikasiya və İnformasiya Texnologiyası Nazirinin Azərbaycan Respublikasına gələcək səfərində Avroviziya 2012 yarışmasının təşkilində Bakıya kömək bəhanəsi ilə Azərbaycan Respublikasının rabitə və poçt mərkəzlərinin daha çox sahələrində iştirak etmək icazəsini alacağı deyilir.

 

Çoxlu xərclərin çəkilməsi

Bu yarışmanın keçirilməsi üçün nəzərdə tutulan xərc təxminən 336 milyon avro idi, bəzi məlumatlara əsasən isə 3 milyard dollara qədər artdı. Halbuki Serbiya 2008-ci ildə 10 milyon avro, Finlandiya 2007-ci ildə 14 milyon avro, Yunanıstan 2006-ci ildə 12 milyon avro, Ukrayna 2005-ci ildə 22 milyon avro, Norveç 17 milyon və indiyədək bu yarışmanın xərci üçün ən yuxarı rekordu vuran Almaniya 47 milyon avro pul xərcləmişdi. Təxmini hesabla nəticə almaq olar ki, Bakı hökuməti öz rekordlarnı almanlardan 7 dəfə artıq qeyd etdirmişlər. Bu isə tikinti xərclərinin nəzərdə tutulmadığı rəqəmdir.

Yarışmanın yaxşı keçirilməsi məqsədi ilə 20 zal tikildi və 100 milyonlarla dollar pul xərcləndi. Yarışmanın keçirildiyi yolda olan bir çox mənzillər uçuruldu və bu ölkəni sivil göstərmək məqsədi ilə yüzlərlə təmtəraqlı layihələr icra olundu. Halbuki şəhərin kənarında və yarışmanın keçirildiyi yerə bir neçə yüz metr qalmış əl açan çoxlu dilənçilər vardı. Xalq böyük xərcləri qəbul etməyə məcbur edildi. Hökumət tərəfindən beynəlxalq miqyasda və ölkə daxilində vəsfəgəlməz təbliğat aparıldı ki, bu yarışmaları ən yaxşı formada icra edə bilsinlər.

 

Polis rejimi

Bütün ölkədə, xüsusən də Bakı şəhərində sərt təhlükəsizlik tədibrləri görüldü. Regiondan kənar qüvvələr yarışmanın təhlükəsizlik işini öhdələrinə götürdülər. Azərbaycan mətbuatı yarışmanın təhlükəsizlik tədbirlərinin Qüdsün işğalçı rejimi tərəfindən görülməsini faş etdi. Yarışmaya bir neçə ay qalmış bir neçə sionist heyət Bakıya daxil oldu. Kommunikasiya sistemləri ciddi şəkildə nəzarətə götürüldü. Ölkənin virtual mühiti də ciddi nəzarət altına keçdi, feysbukun azəricə səhifələrinin Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin ixtiyarına keçməsi barədə xəbərlər yayıldı. Avroviziya yarışması əleyhinə fəaliyyət göstərən hər bir profaylın silinməsinə, yaxud bağlanmasına çalışıldı. Bu yarışmanın əleyhinə yazı yazan virtual iştirakçılar sürətlə səhifələrdən ixrac olunurdular. Şəhər daxilində və xaricindəki get-gəllər xüsusi təhlükəsizlik tədbirlərinə məruz qaldı. Belə ki, ölkəyə daxil olan hər bir qonaq sanki hərbi qarnizona daxil olurdu. Yarışmanın keçirilməsindən bir müddət öncədən maşınların və hətta taksilərin də yarışmanın keçirildiyi yerin bir neçə kilometrliyinə daxil olmaq icazəsi yox idi.

 

Gey-paradın keçirilməsində uğursuzluq

Bu yarışmanın əhəmiyyətli məqamı onun qanunlarına uyğun olaraq, proqramında homoseksualların iştirakının zəruriliyi idi. Homoseksualların birliyinin sayt və bəyanatlarında iki mindən artıq homoseksualın iştirakı söylənmişdi. ANS televiziya kanalı yarışmanın keçirilməsindən bir neçə ay öncə ictimai rəyi öyrənmək və dəyərləndirmək məqsədi ilə bir homoseksualın və digər fikir sahiblərinin, müxaliflərin və müvafiqlərin iştirakı ilə bir veriliş hazırladı. Bu veriliş çoxlu səs-küyə səbəb oldu və ölkədə onun keçirilməsi üçün heç bir şəraitin olmadığını göstərdi. Həmin səbəbə və bu əxlaqsız təbəqənin Azərbaycan Respublikası əhalisinin mədəniyyəti və dini ilə ziddiyyətinə görə bu ölkənin hökumət rəsmiləri sükut edərək uyğun mövzunu ortaya qoymamaq və onu yalnız bəzi media qurumlarında irəli sürməklə yenidən dəyərləndirməyə çalışdılar. Bundan əlavə xalq arasında homoseksualizmin əlamətlərini yayırdı. Onların bir qrupu özlərinin xüsusi paltarları ilə metro girişlərində və ümumi yerlərdə görünür, yaxud bəzi media qurumlarında öz şüar və fəaliyyətlərini nümayiş etdirirdilər.

Lakin dəyərləndirməsində xalqın kəskin etirazlarına və məsələnin ictimai bir hərəkət formasına düşmək ehtimalına görə, hökumət əvvəlcə qərara gəldi ki, bir gəmidə, yaxud mühafizə olunan bir binada homoseksualların paradını həyata keçirsin. Çünki bu təbəqənin və həmçinin onu Azərbaycan rəsmiləri ilə planlaşdıran ölkələrin təzyiqinə məruz qalmışdı. Lakin yarışmanın keçirilməsindən bir neçə gün öncəyə qədər onun keçirilməsinə dair heç bir açıqlama, yaxud təkzib vermədi. Lakin keçirilən etirazlara, verilən müsahibələrə, beynəlxalqetirazlara, xüsusən də Təbrizdə və İran İslam Respublikasının azərilər yaşayan digər bölgələrində xalq etirazlarına, həmçinin böyük təqlid müctəhidlərinin, din alimlərinin və cümə imamlarının kəskin mövqelərinə, xüsusən də İslam partiyasının sədri Doktor Mövsüm Səmədovun həbsxanadan verdiyi bəyanata, xalq hərəkatına və evlərin qapısından qara bayraq asılmasına dəvət etməsinə, yarışma ilə mübarizə məqsədilə xalq təhdidlərinə, həmçinin homoseksualların xalqın etirazlarından qorxduqlarına görə Bakıya gəlməkdən daşındıqlarına görə Azərbaycan Respublikası hökuməti onu keçirməkdən imtina etdi. Avroviziya yarışması da rüsvayçılıqla və xüsusi soyuqluqla keçirildi. Belə ki, nəzərdə tutulmuş 30 min turistdən yalnız 671 nəfər (təxminən 4 faiz) və yarışmanın üzvü olan 70 ölkədən 45-i hazırlığını bildirsə də, onda yalnız 18 ölkə iştirak etdi.

Yekun olaraq bu yarışmanın məqsədlərini, istəklərini və qarşılığında nailiyyətlərini izah etmək istəsək, aşağıdakı nəticə alınar:

 

Məqsəd və istəklər

1-Azərbaycan Respublikasının hakim qüvvələri Avroviziya yarışmasını keçirməkləözlərini dünyada demokratik bir ölkəkimi göstərmək, necədeyərlər, avropalaşdıqlarını vəQərb üslubu iləinkişaf yolunda hərəkət etdiklərini, ölkələrindəhər növ azadlığın, o cümlədən homoseksualizm növündən olan cinsi azadlıqların da olduğunu bildirmək vəbu yolla dünyanın diqqət mərkəzinəçevrilmək istəyirdilər. Bu məsələillərdir Azərbaycanın mətbuatında vəmedia qurumlarında təbliğ olunur; belətəlqin olunur ki, Qərbin gördüyü hər bir iş düzgün olmuşdur, inkişaf onun sayəsindəbaş verir. Qərb dəyərləri ilənətəzadda olsa, mürtəcelikdir vəkənara qoyulmalıdır. Ötən bir ildən artıq müddət boyunca Avroviziya yarışmasının təbliğatı Azərbaycanın media qurumlarının çoxlu vaxtını özünəsərf etdi vəonun keçirilməsini özləri üçün fəxr sayırdılar.

2-Mövcud iqtidar göstərmək istəyirdi ki, ərəb və müsəlman ölkələri kimi düşünmür və onlar kimi əməl etməyəcək. Onlar təsəvvür edirdilər ki, Qərbin istədiyini tam azad şəkildə ölkələrində icra edə bilərlər. Onlar xalqın yaşadığı dini və xalq dəyərlərini unutmuşdular, yaxud özlərini unutqanlığa vurmuşdular. Məgər bu ölkənin əhalisinin 90 faizindən çoxu müsəlman və 80 faizindən çoxu şiə deyil?!

3-Avroviziya yarışmasını keçirənlər düşünürdülər ki, dini və etiqadi əsaslara qarşı həssaslıq yoxdur. Onlar bu məmləkətin müsəlman xalqının mədəni cəhətdən dəyişdirilməsində, yaxud daha dəqiq desək, talanmasında yeni dönəm açmaq istəyirdilər.

4-Azərbaycan hökuməti çoxlu məşvərətlərlə, islamçılara qarşı şiddətlə və onlarla dindarı tutmaqla ölkəni təhlükəsiz göstərməyə, homoseksuallara və əxlaqsız ifratçılara qarşı heç bir təhdidin olmadığını bildirməyə çalışırdılar. Hətta yarışmanın keçirilməsindən bir ay öncə elan etdilər ki, yarışmanın təhlükəsizlik məsuliyyətini işğalçı İsrail rejimi öz üzərinə götürmüşdür. Bu günlərdə sionizm rejiminin bir neçə heyətinin ölkəyə daxil olması göstərdi ki, hökumətin polis rejimi yaratmağa xüsusi təkidi var. Yarışmanın keçirildiyi günlərdə də turistlər mövcud təhdidlərdən qorxduqlarına görə fərdi şəkildə və mühafizəçi olmadan qaldıqları yerdən çıxa bilmirdilər; qaldıqları hoteldən, yaxud yarışmanın keçirildiyi yerdən qrup şəklində xüsusi maşınlarla və xüsusi tədbirlər altında çıxırdılar.

5-Gey-paradın keçirilmə xəbərini Amerika homoseksuallarının beynəlxalq təşkilatı elan edərək bildirdi ki, bu tədbir may ayının 22-26-da Avroviziya 2012 yarışmasının keçirilmə ərəfəsində Bakıda qeyd olunacaq və bu məqsədlə iki min homoseksual Bakıya səfər edəcək. Homoseksualların paradı əslində çılpaqlıq mədəniyyətinin yayılması, cinsi təhriklərin qəbahətinin ortadan götürülməsi və Avroviziya yarışmasının səciyyələrindəndir; bir şiə ölkəsində bunu yaymaq fikrində idilər. Onlar Avroviziya yarışmasını Bakıda keçirməklə bir şiə ölkəsində Şərq dəyərləri ilə Qərb dəyərləri və islamçılıqla sekulyarizm arasında qarşıdurmanı qabartmaq istəyirdilər. Hökumət son günlərdə gey-parad keçirməsini rəsmi şəkildə təkzib etsə də, qeyri-rəsmi şəkildə dəfələrlə azəri saytlarında və media qurumlarında, həmçinin homoseksualların saytında iki min nəfərdən artıq həmcinsbazın iştirakı qeyd olunmuşdu. Bununla yanaşı hökumət ona qarşı hər bir müxalifətə təpki göstərirdi. Onun nümunəsi İbn Sinanın geyləri döymək sözünü yazan cənab Füzuli Şəfiyevin məqaləsi idi; onu dərhal həbs etdilər.

6-Bakı turist şəhəridir. Hər il dünyanın müxtəlif yerlərindən bu şəhərə yüz minlərlə insan səfər edir. Bu yarışmanın Bakı şəhərinin iqlimində xüsusi mövsum olan may ayında keçirilməsi hökumətin daha artıq turist cəzb etmək məqsədlərini təmin edə bilərdi. Belə ki, yarışmanın təşkilatçıları 30 mindən artıq turistin gələcəyini və bu yolla ən azı 300 milyon avro cəlb edəcəklərini nəzərdə tutmuşdular. Həmçinin bu bir neçə gündə bu qədər turistin gəlməsi turist səfərlərinin davamı üçün qapı aça bilərdi. Hökumət valyuta cəzb etməklə yanaşı xalqın milli və dini mədəniyyətini dəyişmək də istəyirdi. Çünki hər bir turist özünəxas mədəniyyəti daşıyır və bu turistlərin ərməğanı əxlaqsız mədəniyyət sayıla bilərdi.

7-Otuz min turistin gəlişi proqnozuna uyğun olaraq hökumət bir il ərzində yarışın keçirilməsi üçün 25 xüsusi zal tikdirdi. Qonaqların yerləşdirilməsi və onlara qulluq məqsədi ilə bu işlərə milyonlarla dollar pul xəcləndi. Əlbəttə, çoxları belə düşünürlər ki, bu zalları tikdirərkən çoxlu pullar yuyuldu. Belə ki, keçmiş neft mənbələrində baş verən yeyintilər də təmizləndi. Yəni məxfi şəkildə topladıqları çoxlu çirkli pulları bu yarışmanın keçirilməsi ilə örtmək və milyonlarla yeyintini gizlətmək istəyirdilər.

8-Yarışmanın keçirildiyi günlərdə Türkiyə mətbuatı yarışmanın hazırlıq işləri üçün 3 milyard dollar həcmində pul xərclənməsini faş etdi. Halbuki 2011-ci ildə bu yarışmanın keçirilməsi üçün Almaniyada 50 milyon dollardan az pul xərclənmişdi.

 

Baş verənlər isə hökumətin gözlədiyinin əksinə oldu. Xalqın və dindarların etirazı və beynəlxalq reaksiyalar ciddi idi və hakimiyyət öz istəklərinə nail olmadı.

 

Hökumətin rüsvay olması

1-Ötən bir neçə ayda, xüsusən də yarışmanın keçirildiyi günlərdə hökumət əleyhinə güclü təbliğat, daxili, regional və qlobal mətbuat hücumu başlandı; dünya mətbuatında bu ölkənin hakimiyyəti diktator, oğru və rüşvətxor və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin özü iqtisadi fəsadlı, gəncliyində qumarxanalarda, indi isə siyasətdə uduzan əxlaqi azğın kimi tanıtdırıldı.

Azərbaycan Respublikasında, xüsusən də Bakı şəhərində təhlükəsizlik və polis rejimi yaradıldı. Dünyanın müxtəlif mətbuatında yarışmanın təhdidinə, hökumətin hər gün narazılarla, silahlı vəhhabi qruplaşmaları və digərləri ilə qarşıdurmasına dair müxtəlif xəbərlər yayıldığı halda, ölkənin bu tərəfində və Bakı şəhərinin mərkəzində qonaqlar hətta öz qaldıqları yerdən fərdi şəkildə xaric ola bilmirdilər, tam mühafizə altında və eskortla gəzirdilər. Xalq elektron məktublarda, telefon mesajlarında və sosial şəbəkələrdə yarışma iştirakçılarını, xüsusən də homoseksualları çox təhdid etdilər. Bu isə nəzərdə tutulmuş turistlərin yalnız 4 faizinin iştirak etməsinə bais oldu. Bu yarışmanın birbaşa rəhbəri olan xanım Mehriban Əliyeva yarışmanın açılış və yekun tədbirində, eləcə də öncədən söz verilmiş mətbuat konfransında iştirak etməkdən çəkindi. Bunun özü Bakı hökumətinin Avroviziyadakı xəyali məqsədlərinə çatmamasına bir dəlil sayılır. Azərbaycan Respublikasının xalqı bu günlərdə öz milli, dini və tarixi dəyərlərinə sadiq qaldığını göstərdi.

2-Bu günlərdə hökumət Qərbə yaxşı xidmət məqsədilə islamçılardan və müxaliflərdən onlarla insanı həbs etdi. Əlbəttə, bu həbslər müşahidəçilərin və turistlərin gözündən uzaq qalmadı.

          3-Nəzərdə tutulmuş 30 min turistin yalnız 671 nəfəri - yəni 4 faizi ölkəyə daxil oldu. Avroviziya yarışmasının üzvü olan 75 ölkədən yalnız 45-i hazırlığını bildirsə də, sonda yalnız 18 ölkə yarışmada iştirak etdi. Bəzi avropalı və amerikalı məşhur müğənnilər, o cümlədən Texas şəhərindən olan məşhur Amerika müğənnisi Sara Hikmən Azerbaycan Respublikasında insan hüquqlarının geniş tapdanmasına etiraz əlaməti olaraq yarışmada iştirak etməkdən imtina etdi.

          4-Hökumət bu turistlərdən ötrü çoxlu kisələr tikmişdi, lakin onların hamısı dəlik çıxdi. Hakimiyyətə böyük iqtisadi ziyanlar toxundu və xarici turistlərin gəlməməsinə görə hökumət biletləri pulsuz şəkildə məktəblərə, universitetlərə və adi camaata verməli oldu. Azərbaycanın Müsavat qəzeti kimi media qurumlarının bildirdiyinə görə, yarışın təşkilatçıları zalı doldurmaqdan ötrü şagirdlərdən istifadə etdilər. Yeni Zaman qəzeti isə yazdı ki, hökumət zalları doldurmaqdan ötrü hətta narkomanlardan və küçə dilənçilərindən də bəhrələndi.

          5-Doktor Hacı Mövsüm Səmədov yarışmanın keçirilmə ərəfəsində izzətli şəkildə sərt çıxış edib dedi: “Hökumətin əxlaqsız hərəkətlərinə etiraz əlaməti olaraq mənzillərin qapısına qara parça vurmalı, ailə-uşaqlarımızın gözünə görünməməliyik”. O, əlavə edərək demişdir: “Təəssüflər olsun ki, Azərbaycanda baş alıb gedən haqsızlıq və ədalətsizlik davam etməkdədir. Bunu bir ilə yaxındır ki, ictimaiyyətin gözü önündə keçirilən məhkəmə prosesləri bir daha sübut etdi. Heç bir dəlil və sübut olmadan, siyasi sifariş nəticəsində günahsız insanlar, xüsusən ruhanilər, dindarlar və möminlər zindanlara salınıblar. Mütəşəkkil dəstənin yaradılması, hakimiyyəti zorla ələ keçirmə, ictimai təhlükəsizliyi pozmaq və sair bu kimi yalançı ittihamlara məruz qalan insanlar, əslində hazırkı iqtidarın haqsızlıq və ədalətsizlikləri qarşısında susmadıqlarına görə həbs ediliblər. Baş verənlər heç də ictimaiyyətdən gizlin deyil. Cəmiyyətimizdə elə bir sahə yoxdur ki, orada böhran yaşanmasın. Xüsusən son illər ərzində ölkəmizdə dini və milli-mənəvi dəyərlərə qarşı islamofobiya dalğası günbəgün artmışdır. Bu gərginliklər içərisində hicab qadağasını xüsusi qeyd etmək istəyirəm. Ölkədə cavanların əxlaqsızlıq, pozğunluq və narkomaniyada qərq olduğu və ictimaiyyətin həyəcan təbli səsləndirdiyi bir dövrdə, dövlət tərəfindən atılmış hicab qadağası hansı məntiqə xidmət edir? Bir tərəfdən xalqımız öz dini və milli mənəvi dəyərlərinə yiyələnməsinin qarşısı alınır, digər tərəfdən isə xalqımıza yad olan və sağlam insan əqidəsinə, fitrətinə və düşüncəsinə zidd olan müsabiqələr millətimizə aşılanır".

          İslam partiyasının sədri belə əlavə etmişdir: "90-cı illərdə xalqımız üçün gözəllik müsabiqəsi keçirən, bu gün isə müqəddiməsi “musiqi müsabiqəsi” olan və nəhayətdə geylərin paradını keçirərək məzlum və müsəlman xalqımızı “Avropaya inteqrasiya” etdirmək istəyən Azərbaycan hakimiyyəti, görəsən ağaları ilə birgə xalqımız üçün hansı yuxular görüblər? Xalqımızın ağır iqtisadi durumda, Qarabağ torpaqlarımızın 20% erməni işğalçılarının tapdağı altında olduğu və ərzaq dükanlarında borc dəftərlərinin günbəgün artdığı bir dövrdə xalqın milyon dollarla pulunu bu cür müsabiqələrə görə göyə sovrulması hansı sağlam məntiqə uyğundur? Deyirlər ki, biz bu yolla Azərbaycanı dünyaya tanıtdırmaq istəyirik. 90-cı illərin əvvəllərindən başlayan gözəllik müsabiqələri ilə xalqımızı ərəb və türk dünyasında nə cür başıuca etmisinizsə, “gey-paradla” da Avropa xalqlarının yanında “xoşbəxt” etmək istəyirsiz".

          O, demişdir: "02.01.2011-ci il tarixində çıxışımızda qeyd etdik ki, bu hakimiyyət xalqımızı bundan da böyük müsibətlərə sürükləyir. Bu gün cəmiyyətimizin gey-parad kimi hadisəni əyani sürətdə yaşamasından böyük bir faciə ola bilərmi? Görəsən yeniyetmə balalarımız belə bir insanların icmasını görəndə və bunların kimliyi haqda sual edəndə, valideynlər nə cavab verəcəklər? Əgər hər bir müsəlmanın bu hadisədən ürəyi partlayıb ölsə yeri var. Görəsən bizim bundan sonra hansı dindən və imandan danışmağa haqqımız vardır? Əgər 13 fevralda müqəddəs Peyğəmbərimizin (s) vəfat gününü anmaq və Qarabağ şəhidlərini yaşatmaq niyyəti ilə Şəhidlər Xiyabanına yürüş edən övladlarımızı döyən və zindanlara salan, eyni halda, bu günə qədər hicablı balalarımızı, “hicablı formada bir daha məktəbə gəlməyin”, - deyə sinifdən gözüyaşlı halda çıxaran və müqəddəs asiman kitablarında lənətlənmiş üzdəniraqları təmtəraqla vətənimizdə qarşılayan hakimiyyətə nə ad qoymaq olar? Gərək evlərimizin qapılarına qara bağlayaraq, ailə və övladlarımızın üzünə çıxmayaq. Ya İmam Hüseynin (ə) Aşurasını dilimizə gətirməməli, ya da ki, canımız bahasına bu zillətə son qoymalıyıq. Bu gün bütün cəmiyyət ayağa qalxmalıdır. Cəmiyyətdə müxtəlif yollarla şayiə yayırlar ki, gey-parad keçirilməyəcək. Guya cavanlarımızı əxlaqsızlığa çəkən çılpaq, azğın rəqqas və müğənnilərin müsabiqəsinə müsəlman xalqımız razılıq vermişdir.”

Ekspertlər düşünürlər ki, İslam partiyasının şanlı rəhbərinin izzətli çıxışı gey-paradın keçirilməməsinin və Avroviziya yarışmasının çox soyuq keçməsinin əsas səbəblərindən biri idi. Azərbaycanın ateist hökuməti bu çıxışdan sonra onu və digər məhbus müavinlərini xüsusi həbsxanalara köçürdü ki, özünün İslama və islamçılığa qarşı ədavətini təmin etsin. Lakin İslam Partiyasının sədri bu ölkədə və hətta İslam dünyasında yenidən və qat-qat artıq izzət əldə etdi.

          6-Son onillikdə, xüsusən də son bir neçə ildə qərbpərəsətlər kimi məşhur olan hökumət müxalifləri hökumətdən imtiyaz ala bilməyiblər. Bundan əlavə xalqın arasında nəzərəçarpacaq ictimai dayaqları da yoxdur. Qərbpərəst partiyalar ötən bir neçə ilin uğursuzluğunu düzəltmək üçün az adamla olsa belə hökumət əleyhinə problem yaradan mitinqlər keçirdilər. Belə ki, tədbirin keçirildiyi yerə yaxın məkanlarda toplantılar təşkil olundu. Bu toplantılar hökumətin reaksiyası ilə üzləşdi və onları bir neçə sutka həbsə yolladı. Hökumət müxaliflərinin – qərbpərəstlərin küçələrə çıxması və hökumətin onlar əleyhinə tədbirləri Qərbin ictimai rəyində bu ölkənin diktator hakimlərinin qeyri-demokratik tanınmasına bais oldu. Avroviziya yarışmasının isveçrəli çempionu birinci yeri tutduqdan dərhal sonra Azərbaycan hökumətinə müxalif olan partiya başçıları ilə görüşə getdi.

Bakıya gələn jurnalistlər Avroviziya yarışmasından əlavə Azərbaycanda insan hüquqlarının pozulmasını, xalqın iqtisadi problemlərini və Bakının polis rejimini də işıqlandırdılar. Belə ki, İnsan Haqları və Amnistiya Təşkilatı bu yarışmanın final günündə Azərbaycan Respublikasını xalqın hüququnu tapdamaqda ittiham etdi, ona sıfr qiyməti verməklə bu ölkədə insan hüquqlarının vəziyyətini acınacaqlı elan etdi.

          7-Zahirən rəqs və musiqi yarışması olan Avroviziya yarışması ümumiyyətlə homoseksuallara rəsmiyyət bəxş etmək üçün bir səydir və yarışmanı təşkil edən ölkə sözügedən paradı keçirməyə öhdəlik götürür. Yalnız rəsmi bəyanatla onun keçirilməməsini bildirmək olar. Bakı hökuməti isə heç zaman belə bir bəyanat vermədi. Homoseksualların rəsmi saytı Bakının adını 2012-ci ilin may ayında homoseksualların paradının keçiriləcəyi yerlər siyahısına saldı, Bakı hökuməti də ona heç bir etiraz etmədi və öz sükutu ilə sözügedən saytın bu xəbərinə razılığını bildirdi. Bundan əlavə 16 may 2011-ci il tarixində Londonun Tayms qəzeti “Homoseksualların Bakıda Avroviziya yarışmasının keçirilməsinə dair nigaranlığı” adlı məqalə çap etdi və orada homoseksualların müsəlman Azərbaycan ölkəsində Avroviziya yarışmasının keçirilməsindən ötrü nigaran olduğu bildirildi. İki gün sonra - yəni 18 may 2011-ci il tarixində Azərbaycanın İngiltərədəki səfiri Fəxrəddin Qurbanov bu məqaləyə cavab olaraq və dünya homoseksuallarının nigaranlığını aradan qaldırmaq məqsədilə bu qəzetin ofisinə bir məktub göndərdi. O məktubda Britaniyanın bütün homoseksuallarını Bakıya dəvət edib onların təhlükəsizliyinə dair zəmanət verdi. Azərbaycan Resbpublikasının İrandakı səfirliyinin ikinci adamı və mədəniyyət mərkəzinin sədri İbrahim Qafarov Tehran universitetində keçirilən toplantıda homoseksualların Bakı Avroviziya yarışmasındakı paradını təsdiq edərək ölkəsinin onu fərdi azadlığın və insan hüquqlarına riayət olunmanın isbatı, eləcə də ölkəsinin iqtisadi inkişafı istiqamətinə bir amil kimi göstərdi. O demişdi: “Geylərin karnavalı homoseksualların bu respublikaya axışmasına səbəb olacaq və bununla da Avroviziya tədbiri üçün çəkilən yüz milyonlarla dolların bir hissəsi təmin olunacaq”. Azərbaycan Respublikasının bəzi millət vəkilləri də Avroviziya yarışması kənarında homoseksualların paradının keçirilməsinə dair öz fikirlərində təkid göstərmişdilər ki, Bakı hökuməti tərəfindən bütün dünya homoseksuallarından yüzlərlə insanı dəvət etməklə yanaşı olan bu işlər bu hökumətin homoseksualların paradını keçirmək istiqamətində iradəsini göstərirdi; sionistlər tərəfindən təhrik olunmuş və əlbəttə ki, Azərbaycan islamçıları vasitəsi ilə məğlubiyyətə uğrayan iradəsini.

Xalqın müqaviməti sayəsində əxlaqsız gey-parad proqramı icra olunmadı. Halbuki 2011-ci ildə Türkiyədə keçirilən oxşar tədbirdə on mindən artıq homoseksual iştirak etmişdi. Lakin Azərbaycan Respublikasında hətta on nəfər də bayıra çıxmağa cürət etmədi və yarışmanın keçirilməsindən bir neçə gün öncəyə qədər paradın keçirilməməsini rəsmən elan etmək istəməyən hökumət rəsmiləri xalqın və region ölkələrinin təzyiqi nəticəsində elan etdilər ki, parad keçirilməyəcək.

8-Binalara və zalların tikilmə xərclərinə dair ziddiyyətli və fərqli xəbərlər yayılmışdır; bir neçə yüz milyondan üç milyarda qədər elan olundu. Lakin görünən çoxlu yeyintilər idi və xalqın daha artıq nifrətinə bais oldu; belə ki, ölkə qəzetlərində və Azərbaycan Respublikasından xaricdəki mətbuat və media qurumlarında iyirmi növ yeyinti xəbər verildi.

9-Hökumət region ölkələri və dünya müsəlmanları tərəfindən kəskin təzyiqə məruz qaldı. İran İslam Respublikasının müsəlman xalqı, xüsusən də azərilər yaşayan bölgələrin əhalisi kəskin şəkildə ona qarşı çıxdılar. Yarışmanın keçirilməsinə bir ay qalmış və gey-parad keçirilməsinin təkzib olunmamasının ardınca Azərbaycan Respublikasının azğın hakimləri əleyhinə və bu ölkənin məzlum və dindar xalqını müdafiə məqsədi ilə müxtəlif şəhərlərdə, o cümlədən Təbrizdə, Ərdəbildə, Astarada, Culfada, Mərənddə, Biləsuvarda və digər yerlərdə onlarla mitinq keçirildi. Təbriz xalqının Azərbaycan Respublikasının Konsulluğu qarşısında misilsiz toplantısı bu ölkənin hökumətini kəskin təzyiqə məruz qoydu. Biləsuvar şəhərində xalqın bir neçə min nəfərlik toplantısı və insan zəncirinin təşkil olunması əxlaqsız əməllərindən əl çəkməsi üçün bu ölkə hökumətinə xəbərdarlıq idi.

Böyük təqlid müctəhidlərinin fətvaları, din alimlərinin, dini və elmi şəxsiyyətlərin, partiyaların, cəmiyyətlərin, tələbə birliklərinin və həmçinn xalqın müxtəlif təbəqələrinin bəyanatları, müsahibələri və çıxışları Azərbaycan Resbpublikası hökumətinin gey-parad keçirməyə cürət etməməsinə bais oldu; çünki o zaman xalq hərəkatı ilə üz-üzə qalardı.

 

Mənbələr:

Azərbaycan qəzetləri və media qurumları (Müsavat qəzeti, Nəbz qəzeti, PİA saytı, Apa, Turan və digər xəbər agentlikləri);

Azərbaycanın İslam yönümlü saytları (İslam Azəri, İslamın səsi, Fakt Xəbər, Dəyərlər, Haqq Xəbər, Haqq Yolu, Birlik və s.);

Aran Nyus xəbər agentliyi;

Fars xəbər agentliyi;

Tabnak internet saytı.

  • Yazılıb
  • da (də) 2012 Aug 05