Tarix : 2012 Aug 06
Kod 32050

İran güləşçisi Olimpiya zirvəsində

İran İslam Respublikasının güləşçısı qızıl medal qazandı
/Aran Agentliyi

İran İslam Respublikasının güləşçısı qızıl medal qazandı

London Olimpiya oyunlarında Yunan-Roma güləş növündə 55 kq çəki dərəcəsində İran təmsilçisi Həmid Suriyan Azərbaycan Respublikasından olan Rövşən Bayramova qalib gələrək qızıl medal qazanıb.

2011-ci ildə dünya çempionu olmuş Rövşən Bayramov üçün London Olimpiya oyunlarının final görüşü çox gərgin keçib. Həm də idman zalında olan seyircilər sırasında Azərbayca Respublikasının Prezidenti İlham Əliyev də olmuşdur.

Bayramov Pekin Olimpiya oyunlarında da gümüş medal qazanmışdı.

İran İslam respublikası üçün bu medalın əhəmiyyəti qat qat çox olum. Bu madal İranın son 40 ildə  Olimpiya Oyunlarında Yunan-Roma güləş növündə qazandığı ilk qızıl madaldır.

İranlı idmançı Həmid Suriyan  bundan qabaq 5 dəfə dünya çempionu olub. Beləliklə Olimpiya qızıl medalı Həmid Suriyanın kolleksiyasını təkmilləşdirmiş olur.

  • Yazılıb
  • da (də) 2012 Aug 06