Tarix : 2012 Aug 06
Kod 32053

Təhsil nazirinin ətrafında basdırılan minalar hər an partlaya bilər

Misir Mərdənova daha bir zərbə
/Aran Agentliyi

Misir Mərdənova daha bir zərbə

HaqqYolu - Misir Mərdənova daha bir zərbə

Baş Prokurorluğun əməkdaşları Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsində plagiat dərslikləri araşdırmağa başlayıb; Təhsil nazirinin ətrafında basdırılan minalar hər an partlaya bilər

Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsini Baş Prokurorluğun əməkdaşları möhürləyiblər. Prokurorluq əməkdaşları dərsliklərin plagiat olması barədə məlumatları araşdırırlar. Bu barədə “Yeni Müsavat”a Təhsil Nazirliyindəki mənbədən xəbər daxil olub. Mənbənin sözlərinə görə, dərsliklərin plagiat olması barədə KİV-də gedən və artıq təsdiqini tapmış məlumatlar hakimiyyətin üst qatının da diqqətini cəlb edib və bunun araşdırılmasına qərar verilib.

Bu günlərdə müəllifləri Təhsil Nazirliyinin şöbə müdiri Təranə Hacıyeva və Fizika-riyaziyyat və İnformatika Təmayüllü Liseyin direktoru Tariyel Talıbov olan “Pedaqoji testlərin nəzəriyyə və praktikasına giriş” adlı kitabla bağlı məlumat dərc olunmuşdu. Təhsil eksperti Əlövsət Osmanlı “Didaktika” nəşriyyatında 2011-ci ildə 1050 nüsxə tirajla çap olunan bu kitabın professor M.Çelışkovanın “Teoriya i praktika konstruirovaniya pedaqoqiçeskix testov” (Moskva: “Loqos” nəşriyyatı, 2002) adlı əsərindən köçürmə olması iddiasını irəli sürmüşdü.

Bu iddiadan sonra T.Talıbov özü etiraf etdi ki, kitab plagiatdır. Düzdür, T.Talıbov özünü sındırmayıb, kitabın 50 faiz plagiat olduğunu bildirmişdi. Ancaq ilkin olaraq 50 faiz plagiatlığı etiraf etməsi də çox şeydən xəbər verir. Ən maraqlısı da budur ki, kitab riyaziyyatçı T.Talıbovla fioloq T.Hacıyevanın birgə “məsulu”dur.

Yeni Müsavat”ı bilgiləndirən mənbə iddia edir ki, bu kitab onlarla plagiat faktlarından yalnız biridir. Kitabların plagiat olması tam təsdiqin taparsa müəllifləri çox ağır cəza gözləyir. Xüsusilə o halda ki, müəlliflər arasında təhsil nazirliyin məsul işçiləri, o cümlədən də nazir Misir Mərdanovun adları var. Bundan başqa, plagiat faktları təsdiqlənərsə, həmin şəxslərə qarşı korrupsiya ittihamları da irəli sürülə bilər. Çünki həmin dərs vəsaitlərinə görə müəlliflər çox yüksək məbləğdə qonorar da alıblar, bəzi dərsliklər üzrə bu məbləğ hətta 50 min manat olub.

Yada salaq ki, təhsil naziri Misir Mərdanova basqılar bir ildən çoxdur davam edir. Bu basqılar nəticəsində M.Mərdanov bir çox “gəlir” mənbələrindən məhrum olub - uşaq bağçaları Təhsil Nazirliyindən alınaraq rayon icra hakimiyyətlərinin sərəncamına verilib; nazirliyin məktəblərin təmir-tikinti funksiyası əlindən alınıb; nazirliyin Qiymətləndirmə və Monitorinq Şöbəsinin funksiyaları Tələbə Qəbulu üzrə Dövlət Komitəsinə verilib. Eyni zamanda, qanunsuz tələbə köçürmələri ilə bağlı Baş Prokurorluğun cinayət işi açması və həmin cinayət işi üzrə məhkəmə istintaqının hələ də davam etməsi nazirə yaxşı perspektiv vəd etmir. Xüsusilə o halda ki, qanunsuz tələbə köçürmələrinin nazirliyin şöbə müdirinin müavini Orxan Kərimovun üzərinə yıxmaq cəhdi fiaskoya uğradı. Artıq O.Kərimov barəsində həbs-qəti imkan tədbiri dəyişdirilib və o bu məsələdə nazirliyin aparatını (oxu: Misir Mərdanovu) ittiham edir və bəraət alacağına da əmindir. Onun vəzifəsi də tələbə köçürmələri kimi yüksək səlahiyyət tələb edən bir işə adekvat deyil. Bir sözlə, faktiki olaraq təhsil nazirinin ətrafı minalanıb və bu minalar hər an partlaya bilər.(musavat)

  • Yazılıb
  • da (də) 2012 Aug 06