/Aran Agentliyi
Kitabla tanışlıq
İddiasız qəhrəmanlar-Abbas Mirzədən Mehdi Bakiriyə qədər Azərbaycanın şəhid sərkərdələrinin qəhrəmanlıq dastanı
Müəlliflər: Məhəmməd Tahiri Xosrovşahi və Yəlda Rəncbər Xorasani
Naşir: “Məhdi Azadi” nəşriyyatı, “Aran” İnstitutunun həmkarlığı ilə
Səhifələrin sayı: 240 səhifə
Qiymət: 40000 rial
“İddiasız qəhrəmanlar” kitabı hörmətli tədqiqtçı cənab Məhəmməd Tahiri Xosrovşahi və onun tədqiqatçı həyat yoldaşı tərəfindən yazılmışdır. Əsərdə Abbas Mirzədən Mehdi Bakiriyə qədər Azərbaycanın şəhid sərkərdələrinin qəhrəmanlıqlarından söhbət açılır. Bu dəyərli addım Azərbaycanın həmişə şərəfli tarixinin və onun igid övladlarının qəhrəmanlıqlarının aydınlaşması istiqamətində atılmışdır. Əsərdə iki əsr boyu əməl meydanında özlərini göstərmiş “Azərbaycan İranın başı” şüarını əməldə sübuta yetirmiş Azərbaycan qəhrəmanlarının İran və İslamın yüksəlişi yolundakı fədakarlıqlarından danışılır.
Ümid edilir ki, “Aran” İnstitutunun təşəbbüsü ilə nəşr edilən bu kitab, sözügedən mövzuda yazmaq istəyən digər yazıçılar üçün də əhəmiyyətli olacaq. Çünki uzun illər boyu İran torpaqlarının iftixarlı şəxsiyyətlərini qeyri-iranlı kimi qələmə verməyə çalışıblar və bu iddialar bu gün də davam etməkdədir. Ona görə də bu şəxsiyyətləri gənc nəslə tanıtmaq zəruridir.
Kitabın müqəddiməsində “Aran Beynəlxalq Mədəniyyət və Araşdırmalar İnstitutu”nun müdiri Həsən Qulunun qeydləri də verilmişdir.
Qeyd edək ki, əsərin yeddi fəslində Azərbaycan qəhrəmanlarından 31 nəfərinin şəxsiyyəti barədə araşdırma aparılmışdır.