Tarix : 2012 Aug 06
Kod 32057

Azərbaycan Respublikası əlifba dəyişməkdə rekord vurur

Heydər Əliyev 9 avqust 2001-i ildə ''Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında'' fərman verdi
/Aran Agentliyi

Heydər Əliyev 9 avqust 2001-i ildə "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərman verdi.

AranNews - Mənbəmizin “İRAS” agentliyinə istinadən verdiyi məlumata əsasən, Qafqazın İrandan ayrılmasından və rus imperatorluğundan qabağa bu regionun əhalisi Quran əlifbasından (ərəb-fars əlifbası) istifadə edirdilər. 1920-ci ildə rus əlifbası dövlət dili kimi elan edildi. Keçən əsrin 20-ci illiyinin sonlarında islahat nəticəsində ərəb əlifbası ləğv edildi və onun yerinə latın qrafikasına əsaslanan Azərbaycan əlifbası təsis edildi. Bununla da Azərbaycan əlifbası 10 il ərzində 3 dəfə dəyişdi. Tarix boyu heç bir ölkə belə bir dəyişiklik etməmişdir.

20-ci əsrin sonlarında Azərbaycan ikinci dəfə olaraq müstəqillik qazandı və əlifba islahatı yenidən zəruri bir məsələ kimi gündəmə gəldi, 1991-ci ildə yeni əlifbaya keçid proqramı hazırlandı. Çap və nəşrlər öz yazılarını hər iki latın və kiril əlifbası ilə buraxırdılar. Bu da əhali arasında çaşqınlıq yaradırdı. 18 iyul 2001-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev əlifbanın dəyişilməsi barədə qanunu imzaladı. Heydər Əliyev 9 avqust 2001-i ildə "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərman verdi və ölkə yeni əlifba sisteminə keçdi. Həmin fərmana əsasən artıq neçə illərdir ki, Azərbaycan xalqı avqustun 1-ni "Azərbaycan əlifbası və Azərbaycan dili günü" kimi qeyd edir.

Əlifbanın dəyişilməsi hər bir ölkədə müxtəlif nəsillərin bir-biri ilə mədəni əlaqələrinin kəsilməsi kimi təbir olunur. İndi AR-nın gənc nəsli və həqiqət axtarıcıları əsas əsərlərə, o cümlədən Nizami Gəncəvinin əsərlərinə, “Gülüstani-İrəm” kimi tarixi əsərlərə və bundan da önəmli səma kitabı Qurani-kərimə müraciət etməkdən məhrumdurlar.

AR-da əlifba dəyişikliyi tarixi həqiqətləri təhrif etmək və xalqın ona etiraz edə bilməməsi səbəbinədir.

  • Yazılıb
  • da (də) 2012 Aug 06