Tarix : 2012 Aug 06
Kod 32069

İSLAM PARTİYASININ KOMİTƏ SƏDRİ TƏHDİD OLUNUR

Səni aparıb işgəncə verərək başına oyun açarıq. Mən özüm orqan işçisiyəm. Kimdən kimə şikayət edəcəksən? Sənin 3 gün vaxtın qalıb
/Aran Agentliyi

FaktXeber.com-un verdiyi məlumata görə, iyun ayında Azərbaycan İslam Partiyasının Ağstafa Rayon Komitəsinin sədri Zeynalov Vüsal Zabit oğlu Ağstafa rayon icra hakimiyyətinə rəsmi şəkildə məktub ünvanlayaraq 06.07.2012 tarixdə konfrans keçirmək üçün 200 nəfərlik yer ayrılmasını istəmişdi. Bundan sonra Ağstafa rayon polis şöbəsinə çağrılan V.Zeynalov bildirib ki, həmin şöbənin rəisi və əməkdaşları tərəfindən mənəvi və fiziki təzyiqə məruz qalıb. Bu barədə partiyanın rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, polis rəisi əvvəlcə onu 10 sutka həbslə hədələsə də, sonradan 50 manat civarında cərimə etməklə sərbəst buraxıb.

Komitə sədri həmçinin qeyd edib ki, o, prokurorluğa da çağrılıb. Prokurorluqdan isə “biz sizin tədbir keçirməyinizə heç vaxt imkan verməyəcəyik” cavabı verilib.

Bu olaylara qarşılıq olaraq bunlara əncam vermək üçün AİP rəhbərliyi DİN-nə, MTN-nə və Respublika Prokurorluğuna məktub ünvanlayıb. Amma bu gün Vüsal Zeynalov bizə zəng edib bildirdiki, 3-4 gün bundan öncədən başlayaraq onlara təhqir dolu məktublar daxil olmağa başlayıb. Daha sonra telefon vasitəsilə təhqiramiz, hədələyici mesajlar gəlməyə davam edib. Kim tərəfindən göndərildiyi bəlli olmayan mesajlarda yazılanları sizin diqqətinizə çatdırırıq.

-Sənə 5 gün vaxt veririk özünü yığışdır. Elə etmə səni maşınla vuraq və səni əlil arabalıq edək. Vüsal ona təhqiramiz dolu mesajların gəldiyini də vurğulayaraq daha sonra bunları söylədi: “Mən o nömrəyə zəng etdim amma zəngimə cavab verən olmadı, ardınca mesaj yazıb bildirdim ki:

-Axi sən kimsən? Mən sənin hədələrindən qorxmuram və səndən dövlət orqanlarına şikayət edəcəm

O da mənə cavabında:

- Mənim kimliyim vacib deyil. Səni aparıb işgəncə verərək başına oyun açarıq. Mən özüm orqan işçisiyəm. Kimdən kimə şikayət edəcəksən? Sənin 3 gün vaxtın qalıb.

Vüsal Zeynalov sonda onu bildirdi ki, həmin mesajlar sübut olaraq telefonunda saxalanılır və AİP-in rəhbirliyindən bu barədə bütün instansiyalara bildirilməyini xahiş edib.

  • Yazılıb
  • da (də) 2012 Aug 06