Əfqanıstana daşımaların 40 faizi Bakıdakı beynəlxalq hava limanı vasitəsilə həyata keçirilir
/Aran Agentliyi
Əfqanıstana daşımaların 40 faizi Bakıdakı beynəlxalq hava limanı vasitəsilə həyata keçirilir.
Bu açıqlama ABŞ-da yayılan “The Hill” nəşrində dərc olunmuş məqalədə öz əksini tapıb.
Məqalədə Azərbaycan Respublikasının Qərbə və ABŞ-a hansı əhəmiyyətlər daşıdığı təhlil olunur.
Əfqanistanda amerikalı hərbçilərə yuk daşımalardan əlavə qeyd olunub ki, Azərbaycan Respublikası qlobal bazarların diversifikasiyası və enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Çünki Qərb bazarına Rusiyadan yan keçməklə neft və qazın ötürülməsi Azərbaycan Respublikası vasitəsilə reallaşdırılır.
“The Hill” nəşrində dərc olunmuş məqalə əlavə olunub : “Gələcəkdə Xəzər regionundan nəql olunan enerji daşıyıcılarının həcmi artırılacaq ki, bu da Azərbaycanın qərbə əhəmiyyəti daha da artır.”
Sabiq konqresmen Maykl Makmahonun imzası ilə yazılmış bu məqalədə həmçinin Azərbaycan Respublikası hökuməti İran İslam Respublikası əleyhinə təhrik edilib və iddia olunub : “İran Azərbaycan ərazisində - Tehran tərəfindən maliyyələşdirilən məscidlərdə aktiv anti-Azərbaycan təbliğatı aparır. Bütün bunlar Azərbaycan vətəndaşlarını öz tərəfinə çəkmək məqsədi daşıyır.”
Maykl Makmahonun imzası ilə yazılmış məqalədə Azərbaycan Respublikasında anti – İran ovqatının yaradılması siyasətin arxasında ABŞ-ın olduğu etiraf olunub və sabiq konqresmen əlavə edib : “Konqres İranla qonşu olan ABŞ-a dost ölkələrə daha çox diqqət ayırmalıdır”.
Məqalənin sözdə müəllifi Maykl Makmahon vaxtıyla ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin üzvü olub.
Bundan bir qədər əvvəl də Nümayəndələr Palatasının xarici işlər və təhqiqat alt komitəsinin sədri olan konqresmen Deyn Rorabaxer Dövlət Katibi Hillari Klintona müraciət ünvanlayaraq Ağ Evi anti İran siyasətində Azərbaycan vasitəsindən daha çox istifadə etməyə çağırmışdır.
Məlumatlı mənbələrin dediyinə görə, ABŞ nəşrlərində bu kimi məqalələrin dərc olunması Azərbaycan Respublikası Diaspora İşləri Üzrə Dövlət Komitəsinin lobbiçiliyi və pulu ilə reallaşır.
Səhər TV