Tarix : 2012 Aug 06
Kod 32070

Əfqanıstana daşımaların 40 faizi Bakıdan gedor

Əfqanıstana daşımaların 40 faizi Bakıdakı beynəlxalq hava limanı vasitəsilə həyata keçirilir
/Aran Agentliyi

Əfqanıstana daşımaların 40 faizi Bakıdakı beynəlxalq hava limanı vasitəsilə həyata keçirilir.

Bu açıqlama ABŞ-da yayılan “The Hill” nəşrində dərc olunmuş məqalədə öz əksini tapıb.

Məqalədə Azərbaycan Respublikasının Qərbə və ABŞ-a hansı əhəmiyyətlər daşıdığı təhlil olunur.

Əfqanistanda amerikalı hərbçilərə yuk daşımalardan əlavə  qeyd olunub ki, Azərbaycan Respublikası qlobal bazarların diversifikasiyası və enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Çünki Qərb bazarına Rusiyadan yan keçməklə neft və qazın ötürülməsi Azərbaycan Respublikası vasitəsilə reallaşdırılır.

The Hill” nəşrində dərc olunmuş məqalə əlavə olunub : “Gələcəkdə Xəzər regionundan nəql olunan enerji daşıyıcılarının həcmi artırılacaq  ki, bu da  Azərbaycanın qərbə əhəmiyyəti daha da artır.”

Sabiq konqresmen Maykl Makmahonun imzası ilə  yazılmış bu məqalədə həmçinin  Azərbaycan Respublikası hökuməti  İran İslam Respublikası  əleyhinə  təhrik edilib və  iddia olunub : “İran Azərbaycan ərazisində - Tehran tərəfindən maliyyələşdirilən məscidlərdə aktiv anti-Azərbaycan təbliğatı aparır. Bütün bunlar Azərbaycan vətəndaşlarını öz tərəfinə çəkmək məqsədi daşıyır.”

Maykl Makmahonun imzası ilə  yazılmış məqalədə Azərbaycan Respublikasında  anti – İran ovqatının yaradılması siyasətin arxasında ABŞ-ın  olduğu  etiraf  olunub və sabiq konqresmen əlavə edib : “Konqres İranla qonşu olan ABŞ-a dost ölkələrə daha çox diqqət ayırmalıdır”.

Məqalənin sözdə müəllifi Maykl Makmahon vaxtıyla ABŞ  Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin üzvü olub.

Bundan bir qədər  əvvəl də Nümayəndələr Palatasının xarici işlər və təhqiqat alt komitəsinin sədri olan konqresmen Deyn Rorabaxer Dövlət Katibi Hillari Klintona müraciət ünvanlayaraq  Ağ Evi anti İran siyasətində  Azərbaycan  vasitəsindən daha  çox  istifadə etməyə  çağırmışdır.

Məlumatlı mənbələrin dediyinə  görə, ABŞ nəşrlərində  bu kimi  məqalələrin dərc  olunması  Azərbaycan Respublikası Diaspora İşləri Üzrə  Dövlət Komitəsinin   lobbiçiliyi  və  pulu  ilə  reallaşır.

Səhər TV

  • Yazılıb
  • da (də) 2012 Aug 06