Tarix : 2012 Aug 06
Kod 32072

İmam Həsənin (ə) mövlud tədbiri keçirilib

Tədbir Xanım Fatimeyi Zəhra (s.ə) məscidinin icması tərəfindən keçirilib
/Aran Agentliyi

Tədbir Xanım Fatimeyi Zəhra (s.ə) məscidinin icması tərəfindən keçirilib

İslamazeri.az-ın verdiyi xəbərə görə, Günəşli Xanım Fatimeyi Zəhra (s.ə) məscidinin icması İmam Həsən Müctəbanın (ə) mövlud tədbirini təşkil edib.

Tədbirin Quran tilavəti ilə başladıqdan sonra Xanım Fatimeyi Zəhra (s.ə) məscidinin icmasının sədri Kərbəlayi İlqar çıxış edib. Daha sonra tədbirdə Quran elmləri üzrə mütəxəssis, ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadə çıxış etmiş, şair Hacı Nurəddin Dərafərin öz şerləri ilə İmam Həsəni və Əhli-Beyti mədh etmişdir.

Bundan sonra "Nur" qrupu və başqa ifaçılar dini ilahilər oxuyublar.

Tədbirin sonunda iftar verilib.

Tədbirdən hazırladığımız fotoreportajı təqdim edirik:

  • Yazılıb
  • da (də) 2012 Aug 06