Tarix : 2012 Aug 07
Kod 32077

İlham Əliyev İranın qələbəsinin təbrik edib

Bu müsabiqə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İranın gənclər və idman naziri Məhəmməd Abbasinin iştirakı ilə keçirildi
/Aran Agentliyi

Qeyd etdiyimiz kimi, London Olimpiya oyunlarında Yunan-Roma güləş növü üzrə 55 kq çəki dərəcəsində İran təmsilçisi Həmid Suriyan tam qüdrətlə Azərbaycan Respublikasından olan Rövşən Bayramova qalib gələrək qızıl medal qazanıb.

Bu müsabiqə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İranın gənclər və idman naziri Məhəmməd Abbasinin iştirakı ilə keçirildi. Bu yarışdan öncə İranın gənclər və idman naziri Azərbaycan Respublikasının prezidenti görüşərək, müzakirə ediblər.

Məhəmməd Abbasi bu görüş zamanı iki ölkənin müxtəlif sahələrdə, o cümlədən siyasi, ictimai və idman sahələrindəki yaxın əlaqələrinə işarə edərək, İran İslam Respublikasının ikitərəfli əlaqələrin artırılması üzrə hazırlığını bildirib.

İranın gənclər və idman naziri London Olimpiya Yarışlarında Azərbaycan Respublikasından olan 55 kq çəki dərəcəsində Yunan-roma güləşçinin finala gəlməsi münasibəti ilə təbrik edərək, bu çəki dərəcəsində medalın qazanmasının iki dost və qonşu ölkə üçün müştərək iftixar olduğunu bildirib.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev də qarşılıqlı təbrikini bildirərək, deyib: Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında çoxlu ortaqlıqlar mövcuddur və əgər qızıl medal İrana çatarsa, bu medal elə bil ki, bizim dost və qardaşımızın evinə gedib.

  • Yazılıb
  • da (də) 2012 Aug 07