Şəhriyar Hacızadə və Fərid Hüseyn Təbrizə şer festivalında iştirak etməyə səfər etsələrdə, MTN-dən aldıqları tapşırıq əsasında təhrikedici və qeyri qanuni əməllər törədib...
/Aran Agentliyi
Azərbaycan Respublikası rəsmiləri və mediasında şair kimi təqdim olunan bu respublikanın iki vətəndaşının İranda törətdikləri qeyri qanuni hərəkətlərinə görə Təbriz şəhərində məhkəmə prossesi sabah başlanılacaq.
Şəhriyar Hacızadə və Fərid Hüseyn Təbrizə şer festivalında iştirak etməyə səfər etsələrdə, MTN-dən aldıqları tapşırıq əsasında təhrikedici və qeyri qanuni əməllər törədib, dövlət əhəmmiyyətli məkanlardan gizli olaraq şəkil çəkməklə məşqul olduğlarına görə həbs olunublar.
Son iki ayda Azərbaycan Respublikası dövlət rəsmiləri və anti İran mediası bu məsələdən İrana qarşı təbliqatda yeni bir bəhanə kimi istifadə ediblər. Buna baxmayaraq İran İslam Respublikası iki məhbusun ailə üzvləri ilə görüşlərinə razılıq verib.
Oxşar bir olayda keçən illərdə Azərbaycan Respublikası dövlət rəsmiləri və anti İran mediası alim kimi təqdim edilmiş Rəşid Əliyev adlı Azərbaycan Respublikasının vətəndaşını qeyri qanuni əməllərinə görə İranda həbs edilmişdir ki, sonra İran İslam Respublikası humanistlik göstərərək Rəşid Əliyevi azad etmişdir. Bakı mediası isə bir neçə vaxt alim qələmə verdiyi Rəşid Əliyevi yaddan çıxarmışdır.