Tarix : 2012 Aug 07
Kod 32080

SURİYALI MÜXALİFLƏR UŞAQLARI QƏTLƏ YETİRİR

Suriyalı müxaliflərin kafir deyərək öldürdükləri arasında azyaşlılar da var
/Aran Agentliyi

 

Əqidələri vəhabilərdən ibarət olan suriyalı müxaliflər, qarşılarına çıxanları kafir adlandıraraq güllələyir

 Məlumata görə, Suriyada müxaliflər hakimiyyətə qarşı çıxmayan yerli əhaliyə qarşı qətliamlar həyata keçirir. Əqidələri vəhabilərdən ibarət olan suriyalı müxaliflər, qarşılarına çıxanları kafir adlandıraraq qətlə yetirir. Suriyalı müxaliflərin kafir deyərək öldürdükləri arasında azyaşlılar da var. Bunlardan biri Zeynəbiyyə qəsəbəsinin sakinidir. Aşağıda izləyəcəyiniz fotoşəkildə azyaşlı suriyalının vəhhabi müxaliflər tərəfindən qətlə yetirildiyi öz əksini tapıb. Fotolara baxan hər bir şəxs, bunu məhz ABŞ və Qərbin dəstəyini almış vəhhabilərin etdiyindən şübhə etmir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında yaşayan vəhhabi alimi Məhəmməd Əl-Ərifi, suriyalı müxaliflərə bu ölkədə hakimiyyəti devirmək üçün istənilən şəxsi öldürməyi halal edib. Alim yalnız edilən cinayətlərin lentə alınmamasını müxaliflərdən tələb edib.

Faktxeber.com

  • Yazılıb
  • da (də) 2012 Aug 07