Tarix : 2012 Aug 07
Kod 32083

Sionistlərin hədəfi əvvəl Sriyanı sonra Türkiyəni işğal etməkdir

Türkiyənin mərhum baş naziri sionistlərin vəd edilmiş əraziləri proqramı çərçivəsində xaç-sionizm birliyinin Suriyanı işğal edəcəklərini, sonra növbənin Türkiyənin işğalına çatacağını xəbər vermişdi
/Aran Agentliyi

AranNews - Türkiyənin mərhum baş naziri sionistlərin vəd edilmiş əraziləri proqramı çərçivəsində xaç-sionizm birliyinin Suriyanı işğal edəcəklərini, sonra növbənin Türkiyənin işğalına çatacağını xəbər vermişdi.

2003-cü ildə Türkiyənin baş naziri olmuş islamçı “Səadət” partiyasının sədri Ankarada keçirilən həftəlik iclasında jurnalistlərlə müsahibəsində Suriya və onun aqibətinin Türkiyəyə təsirləri barədə iqtidarda olan Ərdoğanın rəhbərlik etdiyi “Ədalət” və “İnkişaf” partiyalarına və ümimi fikrini işıqlandırmaq məqsədilə Türkiyə xalqına xəbərdarlıq etmişdi. Hələ ərəb baharı adlı bir prosesdən heç bir xəbər olmayan bir vaxtda mərhum  Ərbəkan deyib: “Xaç-sionizm birliyinin hədəfi Suriyanı, Misiri və bunun ardınca Türkiyəni işğal etməkdir. Bunların hamısı sionistlərin vəd edilmiş ərazilərinin gerçəkləşməsi bu torpaqların İsrailə birləşməsi və böyük İsrailin yaradılması məqsədi güdür”.

Səadət” partiyasının mərhum rəhbəri “Ədalət” və “İnkişaf” partiyalarının Ərdoğanın rəhbərliyi ilə Türkiyəni fəlakətə sürüklədiklərini də xəbər verib. O, həmçinin Ərdoğanın xarici siyasətini “səhv” adlandıraraq, ərəb dünyasının getdikdə Türkiyə əleyhinə ab-hava yaradacaqlarını və Türkiyəni İraqı parçalamaqda, onun bir hissəsinin işğal olunmasında, Böyük Yaxın Şərq layihəsinə kömək etməkdə Amerika, İngiltərə və İsrail üçbucağında əli olmaqda ittiham edəcəklərini deyib. O, daha sonra acı üçbucağın regiondakı bütün millət və məzhəbləri bir-birinin üstünə qaldıracağını, Yaxın Şərqdə tayfa və məzhəb müharibəsi yaradacağını, Türkiyənin də buradan öz payını götürəcəyini xatırladıb.

Ərbəkan həmin il bir mətbuat konfransında Suriyanın öz ordusunu “hazır ol” vəziyyətinə gətirdiyini, lakin İsrail qarşısında zəif olduğu və Amerikanın bəhanə ardınca olduğunu bildiyi, həmçinin İraqın gününə düşmək istəməməsi, problemlərin diplomatik yollarla həll edilməsinə çalışdığı üçün bunu reaksiya vermədiyini də vurğulayıb.

 

  • Yazılıb
  • da (də) 2012 Aug 07