Sıravi neftçilər səfalət içində yaşayır, neftxudalarımız isə zənginlik və harınlıqları ilə dünyanı heyrətə salırlar
miri/Aran Agentliyi
İstanbulun Sabiha Gökçən Hava Limanında Azərbaycanın neft baronlarından birinin xanımı özünə aldığı çantaya görə 15 min lirə (7500 manat) TAXE FREE (Türkiyədə əcnəbilərin aldığı malların ümumi məbləğinin 4 faizi hava limanında geri qaytarılır - red.) ödəyib. Bu isə o deməkdir ki, həmin xanımın aldığı malların ümumi qiyməti 375 min lirə (190 min manata yaxın) olub. Bu barədə “Yeni Müsavat”ın müxbirinə İstanbulun Anadolu yaxasında yerləşən hava limanında müvafiq xidmətdə çalışanlardan biri məlumat verib.