/Aran Agentliyi
Fevral ayının 17-si cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə həbs olunan Cəlilabad ruhanisi Hacı İlqar Əliyevin məhkəməsi yubadılır.
İslamazeri.az ruhani Hacı İlqar Əliyevin yaxınları ilə əlaqə saxlayıb.
Yaxınları bildirir ki, Hacı İlqarın məhkəməsi onun ittiham olunduğu maddəni qəbul etmədiyinə görə yubadılır. Rayonda şayə yayılıb ki, Hacı İlqarın səhhəti pis olduğuna görə məhkəməyə gətirilir. Lakin onun səhhətində heç bir problem yoxdur. Bu ayın ortalarında məhkəmənin keçiriləcəyi gözlənilir.
Hacı İlqar Əliyevin artıq ötən ay bir neçə məhkəməsi keçirilmiş, şahidlər dindirilmişdir. Lakin ondan sonra məhkəmə yubadılır.