Azərbaycan İslam Partiyasının Ağstafa Rayon Komitəsinin sədri Vüsal Zeynalov konfrans keçirmək üçün rayon icra hakimiyyətindən ...
/Aran Agentliyi
Azərbaycan İslam Partiyasının Ağstafa Rayon Komitəsinin sədri Vüsal Zeynalov konfrans keçirmək üçün rayon icra hakimiyyətindən 200 nəfərlik yer ayrılmasını istəməsinə xatir Ağstafa rayon polisinin təzyiqi ilə üzləşib.
Bu barədə partiyanın rəsmi saytı məlumat yayıb.
Məlumata görə, müraciətinə xatir polis şöbəsinə çağrılan V.Zeynalov bildirib ki, həmin şöbənin rəisi və əməkdaşları tərəfindən mənəvi və fiziki təzyiqə məruz qalıb.
Məlumatda bildirilir ki, polis rəisi əvvəlcə onu 10 sutka həbslə hədələsə də, sonradan 50 manat civarında cərimə etməklə sərbəst buraxıb.
Komitə sədri həmçinin qeyd edib ki, o, prokurorluğa da çağrılıb. Prokurorluqdan isə “biz sizin tədbir keçirməyinizə heç vaxt imkan verməyəcəyik” cavabı verilib.
Bu olaylara qarşılıq olaraq bunlara əncam vermək üçün AİP rəhbərliyi DİN-nə, MTN-nə və Respublika Prokurorluğuna məktub ünvanlayıb.