Tarix : 2012 Aug 08
Kod 32104

Bakı rəsmilərindən diktator Ali- Xəlifəyə dəvət

Bəhreyn xalqının Ali- Xəlifə diktaturası ilə döyüşdüyü bir zamanda rəsmi Bakı müxtəlif yollarla Al Xəlifə ilə dostluq nümayiş etdirir
/Aran Agentliyi

Bəhreyn xalqının  Ali- Xəlifə diktaturası  ilə döyüşdüyü bir zamanda  rəsmi Bakı  müxtəlif yollarla  Al Xəlifə ilə  dostluq  nümayiş etdirir.

Bakı mediasının məlumatına  görə,   Azərbaycan Respublikası  Futbol Federasiyası  AFFA Bəhreyn milli futbol komandasını  Bakıda  dostluq  yarışı keçirmək üçün  Azərbaycan Respublikasına  dəvət  edib.

Avqustun 15-də, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da Azərbaycan və Bəhreyn milli komandaları arasında yoldaşlıq oyunu keçirilməli idi.

Lakin Bəhreyn Futbol Federasiyası tərəfindən AFFA-ya ünvanlanmış rəsmi müraciətdə qarşılaşmanın süni deyil, təbii ot örtüklü meydançada keçirilməsini istəyib.

AFFA-nın saytının  verdiyi məlumata görə, həmin müraciət nəzərə alınıb. Belə ki, Azərbaycan-Bəhreyn dosluq oyununu  İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.

Keçən aylarda  Bəhreyndə  Avtomobil  yarışları  və  Bakıda  Avroviziya  mahnı  yarışları  hər  iki  ölkənin  hakimiyyətlərinin xalqa  qarşı  repressive  metodlardan  istifadə  etdiyini  qərbli  jurnalistlərin  diqqət  mərkəzinə  gətirmişdir.

  • Yazılıb
  • da (də) 2012 Aug 08