Azərbaycan İslam Partiyası (AİP) sədrinin sabiq müavini Hacı Mehdi Şamilli həbs olunub
/Aran Agentliyi
Azərbaycan İslam Partiyası (AİP) sədrinin sabiq müavini Hacı Mehdi Şamilli həbs olunub
Dünən gecə saatlarında Azərbaycan İslam Parityasının sabiq sədr müavini Hacı Mehdi Şamili həbs edilib. Bu barədə onun ailə üzvləri məlumat veriblər.
Ailə üzvləri əməkdaşımıza bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsindən 1 qrup polis Mehdi Şamilinin evinə gələrək axtarış aparıblar. Lakin polis evdən heçnə tapa bilməyib. Daha sonra polis Şamilini bölməyə aparıb.
Bu gün Sabunçu Rayon Polis İdarəsi Hacı Mehdi Şamilinin həbsi ilə bağlı yeni məlumat yayıb. Məlumatda bildirilir ki, M. Şamilli ötən gün polis əməkdaşlarının keçiridiyi əməliyyat zamanı saxlanılıb və onun üzərində aparılan axtarış zamanı 6,69 qram marixuana aşkar edilib. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb, təhqiqat aparılır.
Xatırladaq ki, bu günə qədər həbs olunan ruhani və dindarların demək olar ki, hamısı narkotik və silah saxlamaq ittihamı ilə saxlanılıblar.
faktxeber