Tarix : 2012 Aug 08
Kod 32108

Jurnalistlər günündə Anar Bayramlı xatırlandı

Bu gün avqustun 7-i İran İslam Respublikasında jurnalistlər günüdür
/Aran Agentliyi

Bu gün avqustun 7-i İran İslam Respublikasında jurnalistlər günüdür.

Jurnalist, qələmi və qədəmi ilə həqiqət teşnəsi olan oxucuya həyat mənbəyini çatdıran, fikri və zikri ilə insanların agahlığını artıran bir mücahiddir.

İran İslam Respublikası Tele-radio təşkilatının Azərbaycandakı yerli jurnalisti Anar Bayramlı da bu jurnalistlərdən biridir. O, 5 illik fəaliyəti dövründə ölkəsinin milli-mənəvi dəyərlərini nümayiş etdirən bir şəxsdir.

İşğalçı Ermənistan siyasətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Qırğını, Şuşa İşğalı, 20 yanvar və bu kimi münasibətlər haqda onlarla reportajı olan bu jurnalistın dini bayramlarda, Qurban, Qədir, Fitr və Ramazan haqqındakı reportajları da saysız-hesabsızdır.

Anar Bayramlı fevral ayının 17-də saxta ittihamla həbs edilərək zindana məhkum olub. Onun həbsi təkcə Azərbaycan Respublikası orqanları tərəfindən edyil, hətta İran, Türkiyə və digər beynəlxalq təşkilatların etirazına səbəb olub. Bu təşkilatlar Anarın vicdan məhbusu olduğunu təsdqiləyiblər.

Ötən həftə isə Bakı Apelyasiya Məhkəməsi Anar Bayramlının həbs müddətini 2 ildən 1 ilə endirdi.

  • Yazılıb
  • da (də) 2012 Aug 08