/Aran Agentliyi
Saytımıza daxil olan məktubu olduğu kimi təqdim edirik
HaqqYolu - Saytımıza daxil olan məktubu olduğu kimi təqdim edirik
Salam cənab prezident İlham Əliyev. Sən bir şam yeməyinə 6o min dollar verirsən, bunu Allah götürməz. Mən Qarabag əlili hələ bu dövlətdən 60 qəpik xeyir görməmişəm. Mən sizə yazmışdım ki, mənim uşagım ana mənə ət ver deyib aglayanda mən uşagıma ət ala bilməmişəm. Məmurlar mənə deyir ki, OKA maşınına prezident 30 il istismar müddəti qoyub. Məm OKA maşınını 1999-cu ildə almışam artıq sıradan çıxıb. Biz 6 baş ailə üzvü bir sürücü 7 nəfər oka maşınına yerləşmirik. Bunu da Allah götürməyəcək, mən sizi atanız Heydərin goruna, ananızın ruhuna and verdim ki, şikayətimə bax, məni qəbul elə. Siz atanızın ruhuna, ananızın ruhuna hörmət eləmirsiniz. Hələ də yagış mənim evimə yagır, hələ də məni himayəsinə götürən yoxdur, Allah bunu görür.
Mehman
mxqarabag@rambler.ru