Həzrət Ayətulla Xamnei isə istiftanın cavabında bildirmişdir ki , Qarabağ islam torpağıdır və oranın işğaldan azad olunması uğrunda canını itirən hər bir şəxs şəhid hesab olunur
/Aran Agentliyi
Keçn həftə Ərdəbilin İslam Şurası Məclisindəki nümayəndəsi Mənsur Həqiqətpurun beynəlxalq Səhər kanalının Kompas verilişində verdiyi açıqlamalar Azərbaycan Respublikasında bir çoxlarının diqqətini özünə cəlb etmişdir. Bakıda fəaliyyət göstərən bir çox mətbuat orqanları da Mənsur Həqiqətpurun bu açıqlamasını dərc etmişdilər. Özü şəxsən Qarabağ müharibəsi zamanı , İran İslam Respublikasının Azərbaycan Respublikasına hərbi yardımlarının koordinasiya etməsində və daha doğrusu bu məsələdə birbaşa iştirak etmiş olan Mənsur Həqiqətpur bildirmişdir ki, Qarabağ müharibəsi başlayan zaman Həzrət Ayətulla Xamneidən bununla bağlı istifta elədik. Həzrət Ayətulla Xamnei isə istiftanın cavabında bildirmişdir ki , Qarabağ islam torpağıdır və oranın işğaldan azad olunması uğrunda canını itirən hər bir şəxs şəhid hesab olunur. İstifta və cavab birmənalıdır: Qarabağın işğaldan azad olunması yolunda canını itirən hər bir şəxs şəhid hesab olunur. Bu şəri hökm isə Qarabağ müharibəsi başlanan dönəmdə verilib. Ancaq , Bakıda fəaliyyət göstərən anti-İran mətbuat orqanları və bu orqanlarda çalışanlar həmişəki kimi yenə də kor-koranə ədavətləri nəticəsindən Mənsur Həqiqətpurun sözlərində istiftanın nə olduğunu anlayıb və nə də onun cavabının nə vaxt verildiyinə diqqət yetiriblər. Belə ki , bu anti-İran ünsürlər qəzetlərində belə reaksiya göstəriblər ki , nə üçün Qarabağ indi dini liderin yadına düşüb ? ! Bu sualı irəli sürənlər sanki eşitmək qabiliyyətlərini, yaxud oxumaq qabiliyyətlərini itirmişlər ki , eşitməyib və görməyiblər ki , Mənsur Həqiqətpurun açıqladığı kimi həzrət Ayətulla Xamneidən Qarabağ haqqında istifta məhz Qarabağ müharibəsi başlayan zaman olub və cavab isə həmin zaman verilib. Qarabağın azadlığı uğrunda döyüşənlər isə həm istiftanı , həm də cavabı məhz həmin zaman eşidib və bir çoxları da şəhadət feyzinə nail olublar. Qalanlar o cümlədən Mənsur Həqiqətpur kimilər də hələ də Qarabağ yanğısı ilə yaşayırlar. Bu həqiqi mübariz insanların bir çoxu indi Azərbaycan Respublikasının daxilində çətin şəraitdə yaşayırlar. Çünki indi Qarabağ mübarizlərinə Azərbaycan Respublikasına hakim kəsilmiş qərbpərəst və ruspərəst zümrələr üz vermirlər. Nəinki üz vermirlər hətta bir çox vətəndaşlıq hüquqlarından da məhrumdurlar. Təbii ki , Qarabağ barəsində istifta və verilən fitva da Respublikaya hakim kəsilmiş zümrə və qərbpərəst mətbuatçılara heç də sərf etmirdi. Necə ki , İran İslam Respublikasının Azərbaycan Respublikasına etdiyi hərbi yardımları həmişə gizlində qalmasına çalışdılar və əksinə İranı düşmən kimi də qələmə verdilər , məhz bu cür Qarabağa dair şəri istifta və verilən fitvanı da öz hökmranlıqlarına uyğun bir hökm bilmədilər və ondan heç bir zaman söz açmadılar. Amma , artıq bir neçə müddətdir ki, vaxtı ilə sirr sayılan İranın Azərbaycan Respublikasına etdiyi hərbi yardımların açılmasına başlanılıb və bəzi faktlar isə Seyid Həsən Amili Ərdəbilin imam cüməsi tərəfindən açıqlanıb. Bakıda hökmranlıq edənlər və qərbpərəst qəzetçilər isə bunu xoşlamasalar da bu məsələ yavaş-yavaş aydınlaşır. Qoy İran – Azərbaycan qardaşlığını görə bilməyənlərin gözü kor olsun.