Tarix : 2012 Aug 17
Kod 32133

Sünni alim: Qüds günü daha möhtəşəm şəkildə qeyd edilməlidir

“Qüds İslamın ürəyi, müqavimət simvolu və İslamın şərəfidir.”
m/Aran agentliyi

İranın Divandərə əyalətinin İmam Cüməsi Mamousta Əbdul Həmid Həsəni jurnalistlərə müsahibə verərək bütün müsəlmanları Qüds günü yürüşündə iştirak etməyə və bu mərasimi daha da təmtəraqlı keçirtməyə səsləyib.

Bu məsələdə müsalmanları öz vəzifələrinə qarşı daha da ciddi olmağa səsləyən Mamousta Həsəni deyib: “Qüds İslamın ürəyi, müqavimət simvolu və İslamın şərəfidir.”

O həmçinin Qüds Gününü Müsəlmanların birlik və vəhdət günü olduğunu bildirib.

Həsəni İslam düşmənlərinin həmişə Müsəlmanların vəhdət və birliyini pozmaq istədiklərini nəzərə çatdırıb.

Sünni alim həmçinin müsəlmanları İslam düşmənləri tərəfindən yaradılan ixtilaf və təfriqəyə qarşı ehtiyatlı olmağa və düşmənlər qarşısında öz vəhdətlərini nümayiş etdirməyə çağırıb.

Sünni alimi bildirib ki, İslam düşmənlərinin hiylələrini puça çıxarmağın yeganə yolu müsəlmanların vəhdət və birlik halında olmasıdır.

İslam alimi sonda deyib: “Qüds Günü dünyanın hegamon güclərinə qarşı nifrət günüdür və müsəlmanlar düşmənin hiylələrini puça çıxarmaq üçün bu cür mərasimi daha da möhtəşəm və təmtəraqlı həyata keçirməlidirlər.”( IslamTimes)

  • Yazılıb
  • da (də) 2012 Aug 17