Tarix : 2012 Aug 17
Kod 32138

Zəlzələ bölgələrinə geniş dövlət yardımı

Bütün əyalətlərə tapşırıq verildi ki, Şərqi Azərbaycanla yüksək həddə əməkdaşlıq və bu əyalətə yardım etsinlər
م/خبرگزاری آران

Prezidentin birinci müavini zəlzələ bölgələrinə səfəri zamanı zəlzələdə xəsarət alanlara vaxtında dövlət yaradımı və himayəsinə toxunaraq deyib: “Dövlət hadisənin ilk saatlarından bütün gücünü səfərbər etdi və bütün əyalətlərə tapşırıq verildi ki, Şərqi Azərbaycanla yüksək həddə əməkdaşlıq və bu əyalətə yardım etsinlər”. O deyib: “Hadisə olan kimi Şərqi Azərbaycanın ostandarı ilə əlaqə saxlanıldı və önəmli tapşırıqlar verildi. Daxili işlər və Səhiyyə nazirləri zərərçəkənlərin arasında olmaq və dövlət yardımlarının müqəddimə işlərinin əncam verilməsi üçün bu bölgələrə göndərildi”.

Vitse-prezident zəlzələ ilə bağlı yaradılmış dövlət heyəti tərəfindən zəlzələ bölgəsində hər ailə üçün 1 milyon tümən məbləğində pul verilməsinin də qəbul edildiyini və bu məbləğin əvəzsiz olmasını açıqlayıb. O artırıb: “Daha iki milyon tümən də əvəzsiz olaraq və hədiyyə ünvanı ilə zərərçəkən ailələrə veriləcəkdir”.

Rəhimi bütün problemlərin aradan qaldırılması üçün dövlətin bütün gücünü səfərbər etdiyini də deyib.

Məlumatlara əsasən, hal-hazırda dövlət və xalq yardımları bu bölgələrə axmaqdadır. Əlbəttə, zərərgörənlərdən bəziləri bu yardımlara ehtiyacı olmadığını bildirir.

Qeyd edək ki, keçən günlər ərzində dövlət nazirlərinin bir çoxu, Məhkəmə sisteminin rəhbərinin müavini, Parlament nümayəndələri zəlzələ bölgələrinə səfər etmiş və lazım olan göstərişləri vermişlər.

  • Yazılıb
  • da (də) 2012 Aug 17