Tarix : 2012 Aug 17
Kod 32139

Ayətullah Şəbüstəri Əhərin zəlzələdən zərərçəkənləri arasında

Vəliyyi-fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi zəlzələnin ilk günlərində Əhərin zəlzələ olmuş kəndərinə səfər etmiş və xalqın arasında olmuşdur
م/خبرگزاری آران

AranNews - “RASA” xəbər agentliyinin Təbrizdən verdiyi məlumata əsasən, Vəliyyi-fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi Ayətullah Möhsin Müctəhid Şəbüstəri zəlzələnin ilk günlərində Əhər rayonunun zəlzələ baş vermiş Göydərəq, Damənabad, Mollalar kəndələrinə səfər etmiş və xalq arasında olaraq onlara təsəlli vermişdir. O, zəlzələdə zərərçəkənlərə yardımın gərək onlarda yaşamağa ümidin və ruhiyyələrinin artırılması ilə yanaşı olmasına işarə edərək deyib: “Zəlzələ bölgələrində dağıntının aradan qaldırılması və yenidənqurma işləri çox önəmlidir və bu işi sürətləndirmək lazımıdır”.

  • Yazılıb
  • da (də) 2012 Aug 17