Tarix : 2012 Aug 17
Kod 32145

Qüds mövzusu birlik.az saytını bağlatdı

Bu barədə saytın rəhbərliyindən məlumat verilib
g/Aran agentliyi

 

birlik.az-ın redaksiyasından Xebername.az İnternet qəzetinə verilən məlumata əsasən Birlik.az saytının fəaliyyətində problem yaranıb.
Məlumatda bildirilir ki, Birlik.az saytı dünəndən (16 avqust) açılmır. Bu barədə saytın rəhbərliyindən məlumat verilib. “ Ola bilsin ki, saytda gedən "İnsan haqları – Qüds və Qarabağ eyni dərddə” virtual konfransın keçirilməsi ilə bağlı sayta olunan təzyiqdir. Çünki bizə serverdən məlumat gəldi ki, server yük altındadır, bir saata düzələcək. Bir həftə davam edən bu virtual konfrans yəqin kimlərinsə marağının ziddinədir. Xatırladaq ki, virtual konfransda siyasi-ictimai xadimlər, tarixçilər, partiya sədrləri, QHT sədrləri, media işçiləri, yazarlar, həmçinin bir sıra fəal gənclərlə yanaşı öklə hüdudlarından kənarda yaşayan həmvətənlərimiz də iştirak edir. Hər halda ümid edirik ki, sayt tezliklə düzələcək. Və baş verən hadisəyə görə də izləyicilərimizdən üzrxahlıq edirik” 

  • Yazılıb
  • da (də) 2012 Aug 17