İran prezidenti paytaxt Tehranda beynəlxalq Qüds üzrə keçirilən mərasimdə çıxış edib
g/Aran agentliyi
Mahmud Əhmədinejad bu mərasimdə etdiyi çıxışında qeyd edib : Sionist rejim Yaxın Şərq hövzəsini istila etmək üzrə bir vasitədir. Bu qeyri-legitim rejimin mövcudluğu bütün bəşər ictimaiyyətinə qarşı həm bir növ hörmətsizlikdir, həm də bütün xalqların şəxsiyyətinə xələl gətirir.
İRNA-nın məlumatına görə , Tehran Dövlət Universitetində minləlrə İran vətəndaşının qarşısında bu fikri səsləndirən Mahmud Əhmədinejad əlavə olaraq deyib: Hazırda sionist rejm və sionistlərin mövcudluğuna qarşı mübarizənin aparılması bütün insanların hüququnu qurumaq, insan kəramətini himayə etmək və bütün bəşər ictimaiyyətini istila, zülm, yoxsulluq və bədbəxtliklərdən qurtarmaqda yolu açmaqdır.
Əhmədinejadın sözlərinə görə, Qüds günü bütün insanlar və bəşər ictimaiyyətini sionistlərin biabırçılığından qorumaq üçün həmrəylik günüdür.
İran prezidenti sonra qeyd edib: Bəşəriyyətə və ilahi prinsiplərə qarşı azlıq təşkil edən əxlaqsız bir qrup mütəşəkkil şəkildə ilahi dəyər və prinsiplərə qarşısında dayanıb.
İİR-nın prezidenti xatırladıb: İİR-nın banisi İmam Xomeyni (r.ə) həzrətlərinin ilin müəyyən bir gününü beynəlxalq Qüds günü kimi qeyd olunması ilə bağlı yeniliyi ilahinin hədiyyəsi olub, xüsusilə də 12-ci məsum İmam Həzrət İmam Məhdi (ə.c)-in tərəfindən edilən bir mərhəmətdir . Qüds günü bir nişanə olaraq həm də insanın ulu tanrı və özünün bütün mövcudluq sahələrini əhatə edir və sosial məsuliyyətlərin ifasıdır.
Hamiya aydındır ki, sionist rejim insanlar və bəşər ictimaiyyətinin təkamüle qarşısında dayanır və insanların məhvə getməsinin əsas amilidir – deyə Əhmədinejad sözlərinə artırıb