Tarix : 2012 Aug 17
Kod 32148

AİP-in AKSİYASINDA TUTULANLAR MƏHKƏMƏYƏ APARILIB

Aksiya zamanı 30 nəfərə yaxın dindar saxlanılıb
g/Aran agentliyi

 

Azərbaycan İslam Partiyasından FaktXeber.com-a daxil olan məlumata görə, bu bir qrup partiya nümayəndəsi İsrailin Azərbaycandakı səfirliyi qarşısında dinc aksiya keçirib. Aksiya zamanı 30-a yaxın şəxs saxlanılıb. Saxlanınanlardan AİP-in sədr əvəzi Elçin Manafov, siyasi məsələlər üzrə sədr müavin Akif Heydərli və sıravi üzv Səbuhi Səlimov cərimə olunaraq buraxılıb. Partiya üzvlərindən Nemət Aslanov, Kamran Qədirov və bir neçə nəfərə isə şifahi xəbərdarlıq olunub.
Partiyanın fəal üzvü Elşən Orucov, Sumqayıt komitəsinin sədri Vüqar İbayev və bir nəfər komitə üzvünün işi Yasamal rayon Məhkəməsinə göndərilib.

 

  • Yazılıb
  • da (də) 2012 Aug 17