Tarix : 2012 Aug 17
Kod 32149

Beynəlxalq Qüds günündə şəhid Hacı Vaqif ziyarət olundu

''İslamda nə varsa, Qüds günündə də var''
g/Aran agentliyi

 

vqustun 17-si - müqəddəs Ramazan ayının son cümə günüdür. Hər il dünya müsəlmanları bu günü Beynəlxalq Qüds günü kimi qeyd edir. Bu münasibətlə müxxtəlif çevrələri təmsil edən inanclılar tərəfindən əziz şəhid Hacı Vaqif Abdullayevin məzarı ziyarət edilib. 
Anma mərasimində çıxış edən İçərişəhər "Cümə" məscidinin imam-camaatı, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu vurğulayıb ki, İslamda nə varsa, Qüds günündə də var. "Mahiyyətcə sionist rejimin qondarma Qarabağdakı işğalçı rejimlə heç bir fərqi yoxdur. Biz həm də bugünkü Qüds günündə müsəlman ölkələrinə, müsəlman dövlət rəhbərlərinə, müsəlman toplumlarına müraciət edərək Qarabağ dərdimizi xatırladırıq. Qarabağ qəsbini, qəsbkar Ermənistanın etdiyi zülmləri xatırladır və ümid edirik ki, bütün İslam toplumunda Fələstin və Qarabağ mövzusunda ümumi bir baxış formalaşar.

Bu il Allah toplumumuza əziz bir şəhid qismət edib. Belə qərara gəldik elə bu il Qüds günü tədbirlərinə əziz hicab şəhidimiz Hacı Vaqifi ziyarət etməklə başlayaq", - deyə çıxış zamanı Hacı İlqar bildirib.

"Təkamül" Tərcümə mərkəzinin rəhbəri, ilahiyyatchi Hacı Ceyhun Cəfərov çıxışı zamanı xatırladıb ki, Qüds günü məzlumların hayqırtısı günüdür. "Qüds günü məzlum xalqların dünya imperializminə "dur!" deyən günüdür. Müsəlman və ya qeyri-müsəlman olmasından aslılı olmayaraq, hər hansı xalqın ki, haqqı tapdanıb, torpağı işğal olunub, Qüds günü onun günüdür", - Hacı Ceyhun qeyd edib.
"Hacı Vaqif dəyərli insan idi, dəyərli mömin idi. Allah Təala dəyərlərə görə seçərək bəndələrinə məqam əta edir. Əgər Azərbaycanda biz şəhidliyin dərəcəsini dərk etməsək, biz həqiqətdə də şəhidpərvər xalqa çevrilməsək, bizim torpaqlarımız heç vaxt azad olmayacaq. 
Bü gün İslam günüdür, müqəddəs gündür. Qüds azad olunmasa, digər qəsb və işğal olunmuş ocaqlar heç zaman azadlığa qovuşmayacaq" - Nardaran ağsaqqalıKərbəlayi Natiq Kərimov çıxışı zamanı belə bildirib.
Çıxışlar zamanı qeyd olunub ki, məhz Qüds günündə şəhid Hacı Vaqifin məzarı başında toplanmaq özü də Qüds gününün fəlsəfəsindən irəli gelir.
Ziyarət əsnasında bir qədər əvvəl məhbəsdə dünyasını dəyişən növbəti vicdan məhbusu şəhid Hacı Füzuli də anılıb. Hər iki şəhidlə yanaşı, bütün şəhidlərimiz bir daha dərin ehtiramla yad edilib, ruhlarına salavat deyilib.(deyerler)

  • Yazılıb
  • da (də) 2012 Aug 17