Aksiyada ''Qüdsə azadlıq'', ''Qarabağa azadlıq'', ''Allah Əkbər'' kimi şüarlar səsləndirilib
g/Aran agentliyi
Bu beynəlxalq Qüdsu günü ilə əlaqədar Azərbaycan İslam Partiyasının bir çox üzvü və fəal dindarlar İsrail rejiminin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Aksiyaçılar “İsrailə ölüm ”, “Qüdsə azadlıq”, “Qarabağa azadlıq”, “Allah Əkbər” kimi şüarlar səsləndirilib.
Əraziyə polislər aksiyada iştirak edən AİP-in sədr əvəzi Elçin Manafovu, AİP siyasi məsələlər üzrə müavini Akif Heydərli, AİP Sumqayıt komitəsinin sədri Vüqar İbayev və bir çox dindarları saxlayıb. Onlar Yasamal polisinə aparılıblar.
Bundan əlavə bu gün səhər 10:00 radələrində AİP üzvləri "Beynəlxalq Qüds" günü ilə əlaqədar Fələstində qətliamlar törətmiş İsrail rejiminə etiraz etmək üçün Şəhidlər Xiyabanını ziyarət ediblər.
Sayları 150 nəfərə yaxın olan ziyarətçilərin əllərində “Müsəlmanların düşməni işğalçı İsraildir”, “Əzabkeş Fələstin xalqı biz sizinləyik”, “Qarabağın işğalı, Qüdsün işğalının davamıdır” kimi şüarlar olub. Eyni halda aksiyada “İsrailə ölüm ”, “Qüdsə azadlıq”, “Qarabağa azadlıq”, “Allah Əkbər” kimi şüarlar səsləndirilib. Aksiyanın sonunda bəyanət oxunub.
Qeyd edək ki, tədbir zamanı polislə aksiya iştirakçıları arasında hər hansı bir qarşıdurma baş verməyib. Ərazini mühafizə edən polis əməkdaşları aksiyanın bəyanatının səsləndirməsinə mane olmalarına baxmayaraq, bəyanat sona qədər oxunub.(faktxeber)