Tarix : 2012 Aug 18
Kod 32159

İslamçıların aksiyasında saxlanılanlar azad edilib

Onlar 1 saatdan çox polis bölməsində saxlanılıb
g/Aran agentliyi

Bu gün Qüds günü münasibəti ilə İsrailin Bakıdakı səfirliyi qarşında etiraz aksiyası keçirilməsi ilə bağlı məlumat vermişdik. Aksiyada bir neçə nəfər o cümlədən AİP sədr əvəzi Hacı Elçin Manafov, Sumqayıt şəhər komitəsinin sədri Vüqar İboyev, partiya sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli və daha iki nəfər, var idi.
Onların hamısı 5 saat Yasamal rayon Polis İdarəsində saxlandıqdan sonra 15 manatdan 25 manatadək cərimə olunub və sərbəst buraxılıblar. Bu barədə İslamazeri.az-a AİP sədr müavini İnqilab Əhədli məlumat verib. O, bildirib ki, aksiyada saxlanılanlar polis böməsində izahatları alındıqdan sonra buraxılıb

  • Yazılıb
  • da (də) 2012 Aug 18