Tarix : 2012 Aug 17
Kod 32172

“Ey bacım, ayaqda ol! Qarabağı və Qüdsü unutma!”

''Beynəlxalq Qüds Günü'' işğal olunmuş ərazilərlə həmrəylik simvolu olaraq keçirilən, məzluma dəstək, zalıma etiraz səciyyəsi daşıyan bir tarixdir
m/Aran Agentliyi

Mübarək Ramazan ayının son cümə günü dünyada “Beynəlxalq Qüds Günü” kimi geniş qeyd edilməkdədir. Bu münasibətlə İçərişəhər “Cümə” məscidi dini icmasının xanımlar heyəti tədbir keçirib. Tədbirdə işğal olunmuş Qarabağ və Qüds torpaqları, həmçinin digər işğal olunmuş ərazilər yad edilib, bütün dünyada zülmə məruz qalan insanların taleyindən danışılıb, həmçinin foto-sərgi nümayiş etdirilib. Tədbirdə İçərişəhər “Cümə” məscidi dini icmasının xanımlar heyətinin fəal üzvləri iştirak edib.

Qeyd edək ki, "Beynəlxalq Qüds Günü" işğal olunmuş ərazilərlə həmrəylik simvolu olaraq keçirilən, məzluma dəstək, zalıma etiraz səciyyəsi daşıyan bir tarixdir. Azərbaycanda da bu tarixin qeyd edilməsi – artıq ictimaiyyətdə oturuşmuş bir ənənə xarakteri alıb. Erməni faşistlərinin tapdağı altında Qarabağı inləyən bir millətə, sionizmin onminlərlə qurban hesabına zəbt etdiyi, bütün dünya müsəlmanlarının and yeri, ilk qibləsi olan Qüdslə bağlı hisslər çox tanışdır.

Tədbir, Azərbaycan dövlət himninin oxunması ilə başlandı. Açılışı edən Humay Hacıyeva iştirakçıları salamlayaraq, bu günün mahiyyətindən danışdı.

Tağıyeva Minarə xanım Qurani-Kərimin “Bəqərə” surəsinin 143-cü, “İsra” surəsinin isə 111-ci ayələrinin təfsirindən söz açdı. “Bəqərə” surəsinin 143-cü ayəsinə işarə edərək bildirdi ki, bu ayənin nazil olma səbəbi Allah Təalanın hökmü ilə Peyğəmbəri (s) və ona tabe olan şəxsləri geri dönən şəxlərdən ayırd etmək üçün günorta (zöhr namazı) vaxtı üzünü Beytül-Müqəddəsdən Məscidül-Hərama tərəf çevirdi. Nümyiş etdirilən video-çarxlar, tədbirə xususi ab-hava qatdı. Video-çarxlarda Fələstin və Qarabağla bağlı fraqmentlər oldu.

Növbəti çıxışçı Günel Mirzəxanlı, Qüds gününün mahiyyətindən, o cümlədən 5 milyon müsəlmanın yaşadığı Tailandın Patani diyarından ətraflı məlumat verdi. Natiq həmçinin 250-300 il öncə işğal edilərək oradakı müsəlmanların bütün hüquqlarından məhrum olmalarından və ağır işgəncələrə məruz qalmaqlarından danışdı.

Tədbirdə fələstinli və azərbaycanlı bacıların dərdləşməklərindən danışan Xəyalə Quliyeva çıxışı ilə iştirakçılara dərin hüzünlər yaşatdı. Hüseyinli Günel bu günün vəhdət gün olması ilə yanaşı, seçim günü olduğunu da xususi vurğuladı. Çünki bu gündə hansı dəstədə olduğunu – zalım ya məzlumun, haqq və batil arasında yerini bəlli etmə günü olduğunu iştirakçıların diqqətinə çatdırdı.

Rəna İsmayılova Qüds və Qarabağın oxşar taleyindən bəhs etdi. Çıxışçı qeyd etdi ki, 1918-20-ci illərdə ermənilər Bakıdan başlayaraq bütün Azərbaycanda, 1930-40-cı illərdə isə sionistlər Qüdsdən başlayaraq bütün Fələstində onminlərlə müsəlmanlara qarşı soyqırımı törətdirdilər.

Qarabağ, Qüds və Myanma şəhidlərindən söz açan Yeganə Kərimova, sözünü Abbas Səhhətin vətənə aid şeiri ilə davam etdirdi. “Vətəni sevmək - imandandır” deyə vurğulayan natiq, Qarabağın və Qüdsün qəsbkar zalımların tapdağı altında olmasından və bunun bizə nə qədər acı olduğundan danışdı. Çıxışçı Myanma dərdinə də xususi toxunmaqla, oradakı insanların necə zümə məruz qaldıqları haqda məlumat verdi.

Çıxış edən Mahirə Məmmədova, xanımların uşaq tərbiyəsində olan fövqəladə rolundan, mövqe seçimində və mövqedə israrlılıqda prinsipiallığın əhəmiyyətindən danışdı.

Tədbirdə: “Ey bacım, ayaqda ol! Qarabağı və Qüdsü unutma! Bunlar sənin dərdindir!” – deyə ümmətin xanımlarına müraciət edildi.

Sonda İmam Zaman ağanın(ə. f) duasi tədbir ilə başa çatdı.(deyerler)

  • Yazılıb
  • da (də) 2012 Aug 17