İslam İnqilabının ali məqamlı rəhbərin gözlənilmədən Şərqi Azərbaycan əyalətinin zəlzələdən zərərçəkmiş bölgələrinə səfər etmişdir
g/Aran Agentliyi
İslam İnqilabının ali məqamlı rəhbəri Həzrət Ayətullah əl-Uzma Seyid Əli Hüseyni Xamənei bu gün səhər gözlənilmədən Şərqi Azərbaycan əyalətinin zəlzələdən zərərçəkmiş bölgələrinə (Koviç və Sərəndhəris şəhərlərinə) səfər etmişdir. O, zərərçəkən əhaliyə göstərilən yardımlarla yaxından tanış olmuşdur.
HaqqYolunun FarsNews-a istinadlı məlumatına görə, İnqilabın Ali məqamlı rəhbəri Şərqi Azərbaycanın zəlzələdən zərərçəkmiş əhalisi ilə görüşdə, bu məntəqəyə səfərinin əsas məqsədi kimi zərərçəkmiş şəxslərlə həmdərdlik və başsağlığı vermək olduğunu bildirdi. O dedi: İran xalqı zəlzələdən zərərçəkmiş məntəqələrin əhalisi ilə həmdərddirlər və ürəkləri onların yanındadır.
Həzrət Ayətullah Xamənei vurğuladı: İran xalqı, vahid və müttəfiq xalqdır. Bu vəhdət və birlik onların qüdrətli və güclü olmasına səbəb olmuşdur.
İnqilabın ali məqamlı rəhbəri səbirli və dözümlü olmağı camaata tövsiyə etdi və dedi: Əgər zəlzələdən zərərçəkmiş məntəqələrin sakinləri bir-birlərilə həmkarlıq etsələr və qəlbləri bir olsa, bu acı hadisə məntəqədən uzaqlaşar və məntəqənin simasını dəyişər.
O, zəlzələdən zərərçəkmiş məntəqənin əhalisinə göstərilən yardımları da yaxşı dəyərləndirdi və əlavə etdi: Səlahiyyətli şəxslər zəlzələdən zərərçəkmiş məntəqənin yenidənqurulması və davamlı tikilməsi üçün ağır vəzifələri vardır. Bu məntəqələrin əhalisi də, bu ağır vəzifəni icra etməkdə səlahiyyətli məmurlara kömək etməlidirlər