Jurnalist Azərbaycan Respublikası məktəblərində hicab qadağasına xalq etirazlarını aktiv işıqlandırdığına görə MTN tərəfindən həbs olunaraq narkotik ...
/Aran Agentliyi
İslam-azeri internet qəzetinin baş redaktoru jurnalist Ramin Bayramov azadlığa çıxıb. Xebername.az -ın verdiyi məlumata əsasən,vicdan məhbusu Ramin Bayramov bu gün saat 18:30-da 16 saylı həbsxanadan azadığa buraxılıb.
Jurnalist Azərbaycan Respublikası məktəblərində hicab qadağasına xalq etirazlarını aktiv işıqlandırdığına görə MTN tərəfindən həbs olunaraq narkotik maddə və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı saxlamaqda ittiham olunmuşdur!!
Apelyyasiya şikayətinin verilib verilməməsi ilə bağlı vəkil Ramil Məmmədov deyib ki, hələ bu barədə qəti bir qərara gəlməmişik.
Xatırladaq ki, mart ayının 7-də Abşeron Rayon Məhkəməsində baş redaktora hökm oxunub. Ramin Bayramov ötən ilin avqust ayında həbs olunub.