Sionizmə qarşı aksiyaların qadağan olmasına baxmayaraq, Qüds günü mərasimi və toplantısı Bakıdan əlavə Azərbaycan Respublikasının bir çox digər şəhərlərində də keçirilib
/Aran Agentliyi
Sionizmə qarşı aksiyaların qadağan olmasına baxmayaraq, Qüds günü mərasimi və toplantısı Bakıdan əlavə Azərbaycan Respublikasının bir çox digər şəhərlərində də keçirilib.
İslamazeri saytının məlumatına görə, Yevlaxda 120-dən çox mömin sionizmə qarşı toplantı təşkil edərək “İsrailə ölüm” və “Ermənistana ölüm” şüarları verib.
Bu toplantıda Yevlax məscidinin imam cüməsi müsəlmanların ilk qibləsi Qüdsün əhəmiyyəti barəsində çıxış edib.
Masallı rayonunda da namaz qılanlar cümə namazını qıldıqdan sonra sionist rejimin bayrağı üzərindən keçib və bu rejim və Ermənistanın bayraqlarını yandırıblar.
Cəlilabad məscidində də namaz qılanlar ssionist rejimin cinayətlərini pisləyərək Qüds-Şərif və Qarabağın azadlığı üçün dua ediblər.
Ümumdünya Qüds yürüşü Nardaranın İmam Hüseyn (ə) meydanında “sionist rejimə ölüm”, “Ermənistana ölüm” və “Allah Əkbər” şüarları ilə keçirilib.
Bu yürüşdə Nardaran ruhanisi Atamalı Qüds Gününün əhəmiyyətinə toxunaraq bildirib ki, beynəlxalq sionizm islam ölkələrinə nəzarət etmək ardıncadır.
Hacı Natiq Kərimov da öz çıxışında Azərbaycan Respublikasının sionist rejimlə münasibətlərini tənqid edərək söyləyib: Müsəlmanların işğal olunmuş əraziləri, o cümlədən Qarabağın azadlıq yolu Qüds-Şərifin azadlıq yolundan keçir.
Habelə Qüds Günü yürüşü Bakıda ayrı-ayrılıqda iki anti-sionist toplantısı ilə keçirilib.
Güclü təhlükəsizlik tədbirlərinə baxmayaraq, onlarla Azərbaycan Respublikası vətəndaşı sionist rejimin səfirliyi qarşısında toplaşaraq “Allah Əkbər”, “Sionizmə ölüm”, “Qüdsdən əl çək”, “Qüds və Qarabağ işğaldadır” “Sionist İsrail Azərbaycandan rədd ol” şüarları verib.
Polis Azərbaycan İslam partiyasının sədr əvəzedicisi Elçin Manafov, AİP-in sədr müavini Akif Heydərli və AİP-in Sumqayıt şöbəsinin rəhbəri Vüqar Əbiyevi və bir neçə nəfəri həbs edərək aksiyaçıların qətnaməsinin oxunmasına mane olub.
Bu məlumatlara əsasən bütün həbs olunanlar nağd cərimə və yazılı izahat verdikdən sonra azad olunublar.
Habelə yüzlərlə Azərbaycan Respublikası vətəndaşı və bu ölkənin İslam partiyasının üzvləri və tərəfdarları Bakının Şəhidlər Xiyabanında olaraq Qüds-Şərif və Qarabağın azadlığını vurğulayıblar.
Aksiyaçılar “Müsəlmanların düşməni işğalçı İsrail rejimidir”, “Fələstinin məzlum xalqı biz sizinləyik” və “Qarabağın işğalı Qüdsün işğalının davamıdır” kimi sözlər yazılmış plakatları özləri ilə aparıb və məzlum Fələstin xalqı ilə həmrəyliklərini bildiriblər.
Həmçinin qətnamə oxuyan aksiyaçılar dünyanın göz önündə və Qüds-Şərifin işğalından 64 il keçdikdən sonra sionist rejimin məzlum Fələstin xalqı, qadın və uşaqlara qarşı cinayətlərin davam etdiyini bildirib və Fələstinin müdafiə olunması üçün müsəlmanların və dünyanın bütün azadlıq sevər insanlarının vəhdətini istəyiblər.
Ümumdünya Qüds Günü yürüşü Bakının Şəhidlər Xiyabanında sakitliklə keçib və polisin müdaxiləsi olmadan sona çatıb.
Azərbaycan Respublikasında Ümumdünya Qüds Gününün keçirilməsi elə bir şəraitdədir ki, başqa ölkələrin əksinə olaraq bu ölkədə istənilən anti-sionist aksiyanın keçirilməsi qadağandır.