Bakı metropolitenin stansiyalarında ticarətlə məşğul olan alverçilər redaksiyamız şikayət məktubu ünvanlayıblar
m/Aran agentliyi
Məktubda bildirilir: “Hörmətli redaksiya jurnalist kimi metrodakı zülmlərdən yazmağınızı xahiş edirəm. Metrolarda vergiləri qaldıraraq ticarətçilərin işləmədikləri günlərin icarə pulunu onlardan yığırlar. Metronun bir neçə gün bağlanmasının səbəbi hamıya məlumdur. İndi deyirlər yenə 3 gün işləməyəcək. Artıq 6 gün işləməyən alverçilər hər günə görə 20 AZN icarə haqqı ödəməlidirlər. Təsəvvür edirsiniz ki, metroda nə qədər dükan var və onların hər birindən 20 manat almaq nə qədər pul edir? Bu camaatın cibinə girmək deyilmi? Xahiş olunur metronun mətbuat xidməti ilə əlaqə saxlayasınız. Ticarətçilər bilmirlər ki, dərdlərini kimə desinlər.”
FaktXeber.com olaraq ticarətçilərin şikayətləri ilə bağlı Bakı Metropoliteninin mətbuat xidməti ilə saxladıq. İdarədən telefon zəngimizə cavab verən mətbuat xidmətinin xanım əməkdaşı, bizdən polisə müraciət etməyimizi istədi. Düzün desək, xanım işçinin bu təklifini çox böyük təəccüblə qarşıladıq. Çünki biz hər hansı bir cinayət hadisəsinə görə yox, sadəcə stansiyanın bağlı olmasına görə işləməyən obyektlərdən qanunsuz şəkildə yığılan 20 manata görə zəng etmişdik. Təəccübümüzü xanım işçiyə bildirdikdən sonra, kinayə ilə bu məsələyə yuxarıda oturanların baxdığını söylədi və telefonu asdı. Bunda sonra bir neçə dəfə 490-02-64 nömrəsi ilə əlaqə saxlamağımıza baxmayaraq telefonumuza cavab verən olmadı.(faktxeber)