Tarix : 2012 Aug 20
Kod 32196

Masallıda icbari avtomobil sığortası

Masallıda icbari avtomobil sığortası - sürücülərin səbrini tükəndirib
/Aran Agentliyi

Masallıda icbari avtomobil sığortası adı ilə sürüclər aldanılır. Bu barədə “Xəbərinfo”a Masallıdan olan bir qrup sürücü məlumat verib. Onların sözlərinə görə, icbari sığorta adı ilə çox böyük məbləğ yığılır: “Bir neçə adla onsuz da bizim əlimizdə olanları zorla alırdılar. Sığorta məsələsi lap “ağ” olub. Maşının mühərrikinə görə məcburi şəkildə sığorta pulu yığılır. Amma heç bir xeyiri yoxdur. Bu pullar kimin cibinə axır? Lazım olanda biz həmin şirkətə müraciət etdik. Birmənalı olaraq, dedilər ki, nə sığorta? Elə bil bizə milyon vermisiniz, indi də maşınızın sığortalandığını iddia edirsiniz”.
Sürücülər deyirlər ki, Masallıda kifayət qədər sosial problem var: “Masallı son illərdə icra başçılarının qanunsuzluq məkanına çevrilib. Kim istəyirsə, qanunsuz hərəkətləri burda təcrübədən keçirir. Bu vaxta qədər 10 azn ödəyib sığorta vərəqəsi alıb, maşına yapışdırırdıq. Bilirdik ki, heç bir əhəmiyyəti yoxdur. Amma indi bu məbləğ təqribən 75-100 manat həcmində dəyişir. 100 manatla bir ailə aylıq ərzaqını ala bilər. Onsuz da regionlarda iş yoxdur. Insanlar çox çətinliklə dolanırlar. Belə bir vəziyyətdə 100 manatın çox böyük əhəmiyyəti var. Biz elə başa düşürük ki, kimlərsə Masallı ilə hökumət arasında ciddi problemlər yaratmağa çalışır”.
Sürücülər aidiyyatı qurumlardan belə problemlərin həll olunmasını tələb edirlər: “Bizi çətin vəziyyətə salmasınlar. Ayı da lazım gələndə balasını ayaqlayır. Heç olmasa sakit yaşayışımıza zəhər qatmasınlar. Kimlərsə, xalqla hakimiyyət arasında problemlər yaradır, onları tapılıb, cəzalandırmaq lazımdır”.(Xəbərinfo)

  • Yazılıb
  • da (də) 2012 Aug 20