Ümumdünya Qüds Günü həmrəylik nümayişi ilə eyni zamanda Az. R-nın paytaxtı Bakıda ''Ramazan və islam ictimaiyyətinin həmrəyliyi'' adlı altında tədbir keçirilib
/Aran Agentliyi
Ümumdünya Qüds Günü həmrəylik nümayişi ilə eyni zamanda Az. R-nın paytaxtı Bakıda "Ramazan və islam ictimaiyyətinin həmrəyliyi" adlı altında tədbir keçirilib .
İRNA-nın məlumatına görə, İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzi Ümumdünya Qüds Günü ilə eyni zamanda sözü gedən tədbiri təşkil edib. Tədbir şairlər, alimlər , ədəbiyyatçılar, siyasi şəxsiyyətlər və bir qrup azəri jurnalist və media nümayəndələrinin iştirakı ilə keçirilib.
İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzinin məsul rəsmisi bu möhtəşəm mərasimdə qeyd edib: Qüds gününün dünyanın zalım və zorakı qüvvələrinə açıq-aşkar müraciəti budur ki, bilsinlər ki, zalımların məzlumlara qarşı zorakılığı dövrü başa çatıb.
İbrahim Nuri xatırladıb: Ümumdünya Qüds günü İslam ictimaiyyəti və müsəlmanların əzəməti və heybətinin son kulminasiya nöqtəsinə çatması günün göstəricisidir ki, həmrəylik və vəhdətlə sübuta yetiriblər ki, artıq zorakı qüvvələr və zalım qüvvələr öz planları və hədəflərini icra edə bilməzlər.
İİR səfirliyinin Bakıdakı müvəqqəti işlər vəkili Seyid Əli Musəvi də Az. R. dövləti və xalqının İranın Şərqi Azərbaycan ostanının təbii fəlakətdən zərər çəkənlərinin dərdinə şərik çıxmaların və onları himayə etməsinə görə məmnunluq ifadə edərək Qüds şərifin işğalçı rejimin çəngindən azad edilməsini vurğulayıb.
Az. R-nın Dini etiqad və Vicdan Azadlığı mərkəzinin rəhbəri İlqar İbarhimoğlu bu mərasimdə Qüds gününün önəminə işarə edərək deyib: Ümumdünya Qüds günü hər bir həqiqi müsəlman bu böyük günün həqiqi əhəmiyyətini dərk etməklə Qüds gününün mahiyyəti və önəminə xüsusi yanaşmalıdır.
Az. R. Yaşıllar partiyasının sədri Mais Güləliyev də bu konfransda etdiyi nitqində Şərqi Azərbaycan ostanında baş verən zəlzələnin törətdiyi can tələfatından narahat olduğunu ifadə edərək deyib: Güc strukturları və hegemonçu dövlətlər daim beynəlxalq intizamı alt-üst etməyə çalışırlar. Lakin onlar öz istəklərinə nail ola bilməyəcəklər.
Çünki dünyada ədalət bərqərar olunacaq.
Az. R. İslam Partiyasının müavini Hacı İnqilab Əhədli bu tədbirdə qarşıdan gələn Fitir bayramı münasibəti ilə iştirakçıları təbrik edərək deyib: Ümumdünya Qüds Günü hegemonçu dövlətlər və digər əraziləri işğal edən ölkələr üçün bir ibrət aynasıdır.
Qeyd edək ki, dünən Bakıda təşkil edilən "Ramazan və İslam ictimaiyyətinin həmrəyliyi" adlı altında tədbirində adi əhalidən savayı Vəliyyi fəqihin Az. R-dakı nümayəndəsi Hüccətül-İslam seyid Əliəkbər Ocaqnejad və Fələstinin Bakıdakı səfirinin müavini Hesam Lütfi cənablarının da iştirakı olmuşdur.