Tarix : 2012 Aug 20
Kod 32203

Dağıstanda vəhabilər azərbaycanlı şiəni şəhid etdi

Vəhabilər şiələrə divan tutur
/Aran Agentliyi

Xəbər verdiyimiz kimi 2 gün öncə Dağıstanın Xasavyurd şəhərində iftar zamanı şiələrin Həzrəti Əli məscidinə hücum edilmişdi.

Üzünə maska geyinmiş 2 şəxs məscidə girərək atəş açmağa başlamış və daha sonra avtomobilə minərək hadisə yerindən uzaqlaşmışdı. Açılan güllələr dindarlara dəyidiyinə görə məscidin içi qana bulanıb.

İslamazeri.az-a verilən məlumata görə, terrorçular məscidin qapısına bomba yerləşdiriblər. Amon qüvvələri bombanı robotla zərərsizləşdiriblər.

Hadisə nəticəsində 8 nəfər xəsarət almışdı. Dünən axşam saatlarında yaralananlardan biri dünyasını dəyişib. Digərlərini isə həkimlər xəstəxana da müalicə etmirlər. Yaralananlardan birinin vəziyyəti isə çox ağırdır. Bədənində güllə qaldığına görə komaya düşüb. Həkimlər müxtəlif bəhanələr gətirərək xəstələri müalicə etmkdən yayınırlar.

Silahlı basqın nəticəsində şəhid olan azərbaycanlının nəşi bu gün Azərbaycana gətirilir. Şəhid olan şəxs Elmin Elxan oğlu Cəfərovdur.

Yenilənib: Verilən məlumata görə, şəhid artıq Astarada dəfn edilib.

Ölən və yaralananların siyahısı:

1. Səmədov R. N.

2. Kazımov S. J.

3. Cəfərov E. E. – həlak olan

4. Tanrıverdiyev C. M.

5. Tamirov F. R.

6. Musailov M. A.

7. Cajirov U. V.

8. Əbdurrəhmanov F. R.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Aug 20