Bu sionist, bakılı və türk mənbələr işarə etməyiblər ki, əgər ötən may ayında İran tərəfindən zəlzələ silahının düzəldilməsini bilirdilərsə, nə üçün o zaman bunu ifşa etməyiblər?!!
/Aran Agentliyi
İranın Şərqi Azərbaycan ostanında zəlzələnin baş verməsi bəhanəsi ilə anti-İran təbliğatını gücləndirmək üçün əlinə fürsət keçirməklə sevinclərinin həddi-hüdudu olmayan Azərbaycan Respublikası, Türkiyə və sionist rejimin bir qrup anti-İran mediası bu gün iddia ediblər ki, son zəlzələ süni şəkildə yaradılıb.
Bir çox Türkiyə və Azərbaycan Respublikası saytı sionist “Debeka” saytına istinadən bu gülünc iddianı irəli sürüblər ki, İran ötən illər ərzində zəlzələ yaradan silahın düzəldilməsinə çalışıb və ötən may ayında bu silahın düzəldilməsini yekunlaşdırıb!!
Bu sionist, bakılı və türk mənbələr işarə etməyiblər ki, əgər ötən may ayında İran tərəfindən zəlzələ silahının düzəldilməsini bilirdilərsə, nə üçün o zaman bunu ifşa etməyiblər?!!
Yeri gəlmişkən qeyd edək ki, bu mənbələrin həmin silahla əlaqədar yaydıqları video-kadrlar və görüntülər İrana deyil, ABŞ-a aiddir.
Bakı və türk saytları öz gülünc iddialarının davamında sionist “Debeka” saytına istinadən əlavə ediblər ki, İranın zəlzələ yaradan “silah”ını Şərqi Azərbaycan ostanında sınaqdan keçirməsinin səbəbi bu məntəqənin sakinlərinin türk olması olub. Belə ki, İranın azəri dilli sakinləri həlak olsun və bu ölkə əhalisinin tərkibi azərilərin zərərinə dəyişsin!!
Bu gülünc iddianı irəli sürənlər bildirməyiblər ki, İran azərilərinin bir neçə on milyonluq əhalisindən 300 nəfərin ölməsi ilə bu 70 milyonluq ölkənin əhalisinin tərkibini neçə dəyişmək olar?!
Səhər TV