Tarix : 2012 Aug 21
Kod 32212

Bu gün Hacı İlqar Əliyevin məhkəməsi keçiriləcək

Məhkəmə prosesini izləməyə gələcək dindarların sayının çox olacağını düşünən Cəlilabad rayon rəhbərliyi məhkəmənin vaxtını gizlədir
/Aran Agentliyi

Məhkəmə prosesini izləməyə gələcək dindarların sayının çox olacağını düşünən Cəlilabad rayon rəhbərliyi məhkəmənin vaxtını gizlədir

Cəlilabaddan verilən məlumata görə dindarlar səhər saat 9:00-dan Cəlilabad şəhər məhkəməsinin qarşısına toplaşaraq Ruhani İlqar Əliyevə dəstək nümayiş etdirəcəklər.

Hacı İlqar Əliyev ona qarşı sürülən bütün iddihamları rədd edərək heç bir sənədə imza atmaıb. Bundan sonra polis və rayon rəhbərliyi Hacı İlqarı ona qarşı sürülən cinayət maddəsinin ağırlaşdıracaqları ilə hədələyiblər.

Xatırladaq ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini ruhani Hacı İlqar Əliyev Evrovision mahnı müsabiqəsinin tərkib hissəsi olan “Gey Parada” kəskin etiraz etdiyi üçün fevral ayının 17-i Cümə namazından sonra Cəlilabad rayon polisi və Milli Təhlükəsizlik Nazirliyinin Cəlilabad şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılmışdı.

O, Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunurdu./Xeber44.com/

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Aug 21