Ümüdvarıq ki, möminlər bu yolu yadda saxlayıb və bu yolun yaşaması üçün əllərindən gələni edəcəklər
/Aran Agentliyi
Ümüdvarıq ki, möminlər bu yolu yadda saxlayıb və bu yolun yaşaması üçün əllərindən gələni edəcəklər.
Xəbər verdiyimiz kimi bu gün Hicab şəhidi Hacı Vaqif Abdullayevin 40 mərasimi keçirilib. Mərasimdə Quran hafizi ilahiyyatçı Höccətülislam vəl muslimin Hacı Zülfüqar Mikayılzadə də iştirak edib. Hacı Zülfüqar hicab şəhidi barədə fikirlərini Xebername.az İnternet qəzeti ilə bölüşüb:
Bismillahir Rəhmanir Rəhim
Hər şeyin fəzilətli məqamı vardır və ölümündə ən fəzilətli məqamı şəhadətdir. İmam Əli (ə) deyir ki, şəhadət ölümün ən üstün dərəcəsidir. İnsanın dünyadan köçməsi üçün ən xoş, ən yaxşı keçid vasitəsdir.
İmam Əli (ə) həmişə dostlarına dua edərkən deyərdi ki, Allah bizim axırımızı ya səadətlə ya da şəhadətlə qurtarsın. Bunu Nəhcül Bəlağədə Malik Əjdərə 53-cü məktubunda yazıb. Haşim ibn Ütbəyə dua edərkən belə deyib: “Allah ona şəhadəti nəsib elə, Əgər qalarsa səadəti nəsib elə, izzəti nəsib elə, Əgər gedərsə şəhadəti nəsib elə". Bu ən böyük məqamdır.
Bizim qardaşımız, İslam üçün canını verən hicab məhbusumuz öz canını Allah yolunda verdi. Allah ona ən gözəl ölümü nəsib etdi. Ümüdvarıq ki, möminlər bu yolu yadda saxlayıb və bu yolun yaşaması üçün əllərindən gələni edəcəklər.
Xeber44.Com