Tarix : 2012 Aug 21
Kod 32217

Şəhid Hacı Vaqif Abdullayevin izdihamlı qırx mərasimi keçirilidi

- Keçən gün ilk hicab şəhidi Hacı Vaqif Abdullayevin 40 mərasimi keçirilib
/Aran Agentliyi

HaqqYolu - Keçən gün ilk hicab şəhidi Hacı Vaqif Abdullayevin 40 mərasimi keçirilib. Mərasim mərhumun yaşadığı evin həyətində baş tutub. Məclisə çox sayda Bakıdan və Azərbaycanın müxtəlif rayonlarından inanclı insanlar, ruhanilər gəliblər. Ruhanilər məclisdə şəhidlik barədə, Allahın dinini müdafiə etmək barədə çıxış ediblər.

Daha sonra 16:00-da mindən çox insanın müşaiyəti Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Vaqif Abdullayevin qəbiri ziyarət edilib. Onlar "Allahu Əkbər!", "Biz ölərik zülmə boyun əymərik", "Hüseyn, Hüseyn şüarımız, şəhadət iftixarımız", "Zalımlar məhv olsun" şüarları səsləndiriblər.

  • Yazılıb
  • da (də) 2012 Aug 21