Sentyabrın 3-də keçiriləcək məhkəmənin saat neçədə keçirilməsi yenədə açıqlanmayıb
/Aran Agentliyi
Sentyabrın 3-də keçiriləcək məhkəmənin saat neçədə keçirilməsi yenədə açıqlanmayıb.
Xəbər verdiyimiz kimi bu gün Hacı İlqar Əliyevin məhkəməsi keçirilib. Məhkəmənin keçirilmə vaxtının gizlin saxlanmasına rəğmən prosesi izləməyə xeyli sayda insan məhkəmə binasının qarşısına toplaşıb. Özünü toplaşanlara qarşı kobud aparan hakim Əjdərbəy Əkbərov vəziyyəti belə gördükdə məhkəməni təxirə salıb.
Saat 18:00-da isə Hacı İlqar Əliyev gizlin surətdə yenə məhkəməyə gətirilib. Məhkəmə zalında Hacı İlqarın sərt sözləri ilə qarşılaşan hakim prosesi sentyabr ayının 3-ə qədər təxirə salıb.
Sentyabrın 3-də keçiriləcək məhkəmənin saat neçədə keçirilməsi yenədə açıqlanmayıb.
Xeber44.com-un əldə etdiyi məlumata görə Hacı İlqar Əliyev gecə saatlarında Cəlilabaddan Kürdəxanı istintaq təcridxanasına aparılıb.
Xeber44.Com