Tarix : 2012 Aug 22
Kod 32233

Bakıda yeni-yetmələr üzrə güləş müsabiqələrdə İran rəngli medallar qazanıb

Dünya yeni-yetmələrinin çempionluq üzrə sərbəst güləş müsabiqələrinin birinci günündə iranlı güləşçilər 5 çəki dərəcəsində bir qızıl medal və 3 bürünc medal qazanıblar
/Aran Agentliyi

Dünya yeni-yetmələrinin çempionluq üzrə sərbəst güləş müsabiqələrinin birinci günündə iranlı güləşçilər 5 çəki dərəcəsində bir qızıl medal və 3 bürünc medal qazanıblar.

İRİB müxbirinin verdiyi məlumata görə, sözü gedən müsabiqələrin final mərhələsində 50 kiloqram çəki dərəcəsində iranlı güləşçi Əli Məhəmmədzadənin qızıl medal qazanaraq Heydər Əliyev adına idman zalında İranın milli himini səsləndirib.

Dünya yeni-yetmələrinin çempionluq üzrə sərbəst güləş müsabiqələri dünən 5 çəki dərəcəsində Az. R-nın paytaxtı Bakıda keçirildi və 50 kiloqram çəki dərəcəsində Əli Məhəmmədzadə öz həriflərini məğlub edərək qızıl medal qazandı.

58 , 69, və 85 kiloqram çəki dərəcəsində isə Səmir Yavəri Rza Müzəffəri və Hüseyn Şəhbazi bürünc medal qazanıblar.

Əli Məhəmmədzadə bir müsahibədə həriflərinin güclü güləşçilər olduğuna işarə edərək deyib: Fərqli ballarla hərfiləri məğlub etdiyimə görə Allaha şükür edirəm.

İranın azad sərbəst güləş üzrə milli komandanının məşqçisi də bu müsahibəsində qeyd edib: 5 ilkin çəki dərəcəsində gözlədiyimiz nəticələr əldə olunmadı, lakin müsabiqələrin birinci günündə 4 qızıl medalın əldə edilməsi də böyük bir nailiyyət olunub və gələn günlər ərzində yaxşı nəticələr əldə olunacaq.

Qeyd edək ki, dünya yeni yetirmələrinin ikinci , 5-ci çəki dərəcəsində rəqabətlərə saat 13:30 bu gün (23 avqust) start verilib.

  • Yazılıb
  • da (də) 2012 Aug 22