Tarix : 2012 Aug 22
Kod 32234

Nə qədər təzyiq çoxalacaq, İmamın zühuru daha da yaxınlaşacaq

İlahiyatçı-alim Höccətül-İslam Sadiq Əsgərov hicab şəhidi Hacı Vaqif Abdullayevin 40 mərsimində iştirak edib
/Aran Agentliyi

İlahiyatçı-alim Höccətül-İslam Sadiq Əsgərov hicab şəhidi Hacı Vaqif Abdullayevin 40 mərsimində iştirak edib

Hacı Vaqifin şəhadəti ilə bağlı Xebername.az İnternet qəzetinə münasibət bildirən Höccətül-İslam Sadiq Əsgərov deyib: "Bismillahir Rəhmanir Rəhim. İnna lillahi və inna ileyhi raciun. Şəhid qardaşımızın 40 mərasiminə gəlmişik, hamımızın başı sağolsun. Qurani Kərimdə Allah deyir: "Onlara ölü deməyin. Onlar Allah yanında ruzi yeyirlər". Alimlərdən biri deyirdi ki, mən şəhidin həyatına baxanda, şəhadətinə baxanda, məşğuliyyətinə baxanda bilirəm ki şəhid nəyə görə vəfat etsədə Allah yanında diridi. Hər insanın qiyməti onun əməli və hədəfi ilə ölçülər. Kiminki hədəfi və məşğuliyyəti dünyadı, onun qiyməti dünyalıq olacaq. Amma kim ki, canından, malından və ailəsindən keçərsə onun qiyməti behiştdə çox böyükdür. Bir daha bildirmək istəyirəm ki, başımız sağolsun. Mən bunu dəfələrlə vurğulamışam, nə qədər təzyiq çox olacaq İmamın zühuru da bir o qədər yaxınlaşacaq. Bir daha ailəsinə və müsəlmanlara baş sağlığı verirəm. Allah şəhidimizi və şəhidlərimizi qiyamətdə Kərbəla şəhidləri ilə məşhur etsin. Allahın salamı və rəhməti üzərinizə olsun.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Aug 22