Tarix : 2012 Aug 22
Kod 32235

Xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini: İran və Azərbaycan iki dövlətdə...

“Biz, hər iki ölkənin rəsmiləri çalışmalıyıq ki, Tehran-Bakı münasibətləri digər ölkələr üçün nümunə ola biləcək səviyyəyə çatsın”
/Aran Agentliyi

“Biz, hər iki ölkənin rəsmiləri çalışmalıyıq ki, Tehran-Bakı  münasibətləri digər ölkələr üçün nümunə ola biləcək səviyyəyə çatsın”.

Ölkəmizin xarici işlər nazirinin müavini İran-Azərbaycan arasındakı münasibətləri iki dövlətdə bir millətin təcəllasının eyni adlandıraraq deyib: “Biz, hər iki ölkənin rəsmiləri çalışmalıyıq ki, Tehran-Bakı  münasibətləri digər ölkələr üçün nümunə ola biləcək səviyyəyə çatsın”.

Xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini Seyid Abbas Əraqçi Azərbaycan tərəfinin dəvəti ilə bu yaxınlarda Bakıya səfər edəcəyini açıqlayıb. “Fars” agentliyinin müxbiri bu barədə ondan müsahibə alıb. Əraqçi öz müsahibəsində İranla Azərbaycan Respublikası arasında münasibətlərin müştərək tarixi və mədəni köklərə əsaslandığını vurğulayaraq deyib: “Biz iki dövlətdə bir millətin təcəllasının eyni olmşuq və hal-hazırda da belədir. Azərbaycanlıların kommunistlərin əlindən qurtuluşunun sevinci və iranlı qardaşlarını öz ağuşlarına çəkmələri iki ölkə xalqının yaddaşından əlavə, bütün dünya xalqlarının yaddaşında qalacaq”.

Seyid Abbas Əraqçi xatırladıb: “Əgər iki ölkə edə bilsəydilər, şərait, daxili, regional və beynəlxalq qüvvələr də kömək etsəydi, hər iki ölkə üçün rifahla yanaşı olan və digər ölkələrin qibtəsinə səbəb olan bir şərait hakim olardı”. O, artırıb: “Biz, hər iki ölkənin rəsmiləri çalışmalıyıq ki, Tehran-Bakı  münasibətləri digər ölkələr üçün nümunə ola biləcək səviyyəyə çatsın”.

Xarici işlər nazirinin müavini iki ölkə münasibətlərinin müxtəlif səbəblər üzündən yaranmış fürsətlərdən kamil surətdə istifadə edə bilməməsini də qeyd edərək açıqlayıb: “Bununla belə son illərdə ikitərəfli münasibətlər müsbət yönümdə olmuşdur və bu proses orta müdirlərin idarəçiliyindən əlavə, iki ölkənin yüksək rütbəli rəsmilərinin dirayətinə borcludur”. Nazir müavini iki qardaş arasında ixtilaflı nəzərlərin olmasının təbii olması kimi bunun iki ölkə arasında da təbii, hətta gözlənilən olmasını diqqətə çəkərək deyib: “Lakin çalışmalıyıq ki, həmin ixtilaflar minimuma enərək qarşılıqlı anlaşmağa çevrilsin. Əlbəttə, bunun üçün hər iki ölkənin müxtəlif aparatları, əsasən də xarici işlər nazirlikləri öz səylərini göstərməldir. Münasibətlərin genişlənməsi istiqamətində  rəhbərlərin dirayət və iradəsindən əlavə daha artıq çalışmalı, səhlənkarlığı kənara qoymalı, əlaqələrə xələl gətirən problemləri tanımalı və aradan qaldırmalı, qarşılıqlı etibarı möhkəmləndirən təkliflərə diqqət etməliyik. İkitərəfli münasibətlərin möhkəmləndirilməsində çalışmalıyıq ki, onun əsası qarşılıqlı hörmət və maraq üzərində qurulsun”. O həmçinin deyib: “Bəzi ölkələr İranla Azərbaycan Respublikası arasındakı münasibətlərin inkişafını istəmirlər. Lakin mühüm sayılan əsas məsələ hər iki ölkə rəhbərlərinin bu münasibətləri genişləndirmək üçün iradəsidir”.

Seyid Abbas Əraqçi bu münasibətlərin müxtəlif səthlərdə genişlənməsinin tərəfdarı olduğunu və bu arada medianın rolunun təsirli olmasını xatırladıb. O, artırıb: “Aydındır ki, İran-Azərbaycan münasibətlərinin genişlənməsi iki ölkənin xeyrinə olması ilə yanaşı region ölkələri üçün də xeyirli olacaq”.

 

  • Yazılıb
  • da (də) 2012 Aug 22