Səudiyyəli ərəblər Qərb müttəfiqlərinə tam yoldaşlıq edəcəkləri təqdirdə Suriyadan sonra növbənin onlara gələcəyini bilirlər
/Aran Agentliyi
Rusiya İslam Komitəsi sədri Heydər Camal Qərbin Yaxın Şərqə dair siyasətlərini şərh edərkən deyib: "Səudiyyəli ərəblər Qərb müttəfiqlərinə tam yoldaşlıq edəcəkləri təqdirdə Suriyadan sonra növbənin onlara gələcəyini bilirlər". "Rusiyanın Səsi" radiosunun verdiyi xəbərə görə, H.Camal bu mövzuda həmçinin bildirib: "Ərəb şahzadə və siyasətçiləri bunu da bilirlər ki, Bernard Levisin "Daha Böyük Yaxın Şərq" layihəsində Səudiyyə Ərəbistanı BMT-dən çıxarılması vacib olan bir ölkədir".
H.Camal açıqlamalarının davamında ərəb siyasətçilərin Qərbin siyasətlərinə tam uyğun gəldikləri təqdirdə böyük bir faciəyə məruz qalacaqlarının fərqində olduqlarını ifadə edib. O, həmçinin Qərbi Əhli-beyt (ə) ardıcılları ilə Əhli-təsənnün ardıcılları arasında təfriqə yaratmaqda ittiham edib.
Deyerler.org