Tarix : 2012 Aug 24
Kod 32243

İSLAM PARTİYASI BAŞ SAĞLIĞI VERDİ

Azərbaycan İslam Partiyası terrorda həlak olan Elmin Cəfərovun ailəsinə başsağlığı verdi
/Aran Agentliyi

Azərbaycan İslam Partiyası terrorda həlak olan Elmin Cəfərovun ailəsinə başsağlığı verdi 

FaktXeber.com-un verdiyi məlumata görə, AİP bütün terror hərəkatlarını və qətliamçıların himayədarlarını kəskin pisləyib. Ramazan bayramı günü Dağıstanın Xasavyurd şəhərində şiə məscidində törədilən terror aktı təəssüf doğuran sarsıdıcı, insanlığa qənim kəsilənlərin xəbis niyyətlərini üzə çıxaran adam kimi qiymətləndirilməlidir. Müsəlman dünyasında məzhəblərarası qarışıqlıq, həmçinin milli münaqişələrin qızışdırılması məqsədilə törədilən faciə, insan ölümü, çoxsaylı ibadət əhlinin yaralanması və bu hadisənin Allah evində baş verməsi İslam düşmənlərinin himayəsi, təhriki nəticəsində terrorçuların növbəti cəhdidir.

Milliyəti və dini olmayan terrorçuların son dövrlərdə artan fəallığı, xüsusən dinimizə sarsıdıcı zərbələr vurmağa ölçülən hədəfləri və niyyətləri bütün müsəlman aləmi tərəfindən, həmçinin partiyamızın çoxminli üzvləri tərəfindən kəskin pislənilir. Dinimizin qətiyyətlə rədd etdiyi, zülmün ən ağır halı kimi bəşəriyyətə qarşı tətbiq edilən terrorda, o cümlədən Dağıstanın Xasavyurd şəhərindəki məsciddə törədilən hadisədə yaralananlara Allah – Təaladan şəfa diləyirik, onların tezliklə sağalaraq ailələrinə qovuşmalarını arzulayırıq.

Terror nəticəsində ibadət evində həlak olan, şəhadətə yetişənlərin, xüsusən də həmyerlimiz, Astara rayon sakini Elmin Cəfərovun valideyinlərinə, yaxınlarına başsağlığı diləyirik, dərdlərinə şərik olduğumuzu bildiririk. Allah rəhmət eləsin ! Amin!

  • Yazılıb
  • da (də) 2012 Aug 24