Tarix : 2012 Aug 24
Kod 32245

Türkiyə ermənilərə yardım əlini uzatdı

Türkiyə Erməniləri Patriarxlığı, Suriyada yaşayan ermənilərin bu ölkəyə gəlməsini istəyib
/Aran Agentliyi

 

HaqqYolu - Türkiyə Erməniləri Patriarxlığı, Suriyada yaşayan ermənilərin bu ölkəyə gəlməsini istəyib

"Sabah" qəzetinin verdiyi məlumata görə, Türkiyə dövləti ermənilərə növbəti dəfə yardım əlini uzadıb. Ölkədə fəaliyyət göstərən Türkiyə Erməniləri Patriarxlığı, Suriyada yaşayan ermənilərin bu ölkəyə gəlməsini istəyib. Suriyada hökm sürən müharibə ilə əlaqədar erməniləri Türkiyəyə dəvət edən Erməni Patriarxlığı, onların bu ölkədə məhəbbətlə qarşılanacağını açıqlayıb. Patriarxlığının rəhbəri Tatul Anuşyan ermənilərə etdiyi müraciətində bildirib ki: "Türkiyədəki qardaşlarınız istədiyiniz zaman sizə yardım etməyə hazırdır."

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun da ermənilərə dəstək verdiyini xatırladan Anuşyan, "Suriyadakı ermənilərə istənilən mövzuda yardım istəyərlərsə dəstək verəcəyimizi söylədim. İstəsələr Türkiyəyə də gələ bilərlər. Onları sevə-sevə qəbul edəcəyik."-deyə bildirib.(faktxeber)

  • Yazılıb
  • da (də) 2012 Aug 24